Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Nikahın ümumi əmsalı
İzahı
          Əhalinin hər 1000 nəfərinə hesablanır. Əhalinin təbii hərəkətinin cari statistikası yalnız hüquqi cəhətdən qeyd olunmuş nikahları nəzərə alır.
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 538-51-43; +99412 538-86-44
Tətbiq sahəsi
          İnzibati Ərazi Bölgüsü Təsnifatı
Əhatə dairəsi
          Azərbaycan Respublikası və onun inzibati rayonlar və şəhərləri.
Mənbəyi
          Müşahidə vahidi: inzibati vahidlər. Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi.
Toplanma metodu
          DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
İstifadə olunduğu təsnifat
          Azərbaycan Respublikasının “İnzibati-Ərazi Bölgüsü Təsnifatı” Ümumdünya Səhiyyə Təşkilatının “Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi, xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatı”
Yayım forması
          Həm kağız, həm də elektron versiya şəklində yayılır
Əks olunduğu nəşr
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanın əhalisi
Dövriliyi
           İllik
Ölçü vahidi
          əmsal
Beynəlxalq konsepsiyası
          Birləşmiş Millətlər Təşkilatının nikaha daxil olma, nikah yaşı və nikahın qeydiyyatı haqqında 1962-ci ildə razılaşdırılmış Konvensiyasına əsasən aparılır
Məlumat bazası ilə elektron əlaqəsi
          Hazır cədvəllər bu linkdə mövcuddur https://www.azstat.org/portal/tblInfo/TblInfoList.do;jsessionid=5BA1AB9F62EA661D2348F9ACDCA89B91#994_001