|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Doğumun ümumi əmsalı |
İzahı |
Müəyyən bir müddətdə müvafiq olaraq diri doğulanların sayının əhalinin orta illik sayına nisbəti ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Doğumun ümumi əmsalının kəmiyyəti təkcə doğum prosesinin intensivliyindən asılı deyil. O, əhalinin yaş-cins və nikah tərkibindən də asılıdır. Elə bu baxımdan da doğumun ümumi əmsalı doğum səviyyəsi haqda təxmini təsəvvür yaradır. |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 538-51-43; +99412 538-86-44 |
Tətbiq sahəsi |
İnzibati Ərazi Bölgüsü Təsnifatı |
Əhatə dairəsi |
Azərbaycan Respublikası və onun inzibati rayonlar və şəhərləri |
Mənbəyi |
Müşahidə vahidi: inzibati vahidlər. Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi. Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi |
Toplanma metodu |
DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
İstifadə olunduğu təsnifat |
Azərbaycan Respublikasının “İnzibati-Ərazi Bölgüsü Təsnifatı” Ümumdünya Səhiyyə Təşkilatının “Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi, xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatı” |
Yayım forması |
Mətbu məlumatların yayım təqviminə uyğun olaraq doğumun ümumi əmsalı haqqında məlumatlar hər rüb təhlili-məruzə, illik olaraq press-relizlər şəklində yayımlanır. |
Əks olunduğu nəşr |
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanın əhalisi |
Dövriliyi |
Rüblük |
Ölçü vahidi |
Əmsal |
Beynəlxalq konsepsiyası |
Birləşmiş Millətlər Təşkilatının "Əhalinin təbii və miqrasiya hərəkətinin statistika qeydiyyatı sistemi üçün prinsipləri və tövsiyələri" |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Hazır cədvəllər bu linkdə mövcuddur https://www.azstat.org/portal/tblInfo/TblInfoList.do;jsessionid=5BA1AB9F62EA661D2348F9ACDCA89B91#994_001 |