Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Qeyri-ərzaq məhsulları üzrə qiymət indeksi
İzahı
          İstehlak səbətinə daxil olan qeyri-ərzaq məhsulları qiymətlərinin dəyişməsinin xarakterizə edir.
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 538 86 21
Tətbiq sahəsi
          Qiymətlərin qeydiyyatı Azərbaycan Respublikasının bütün regionları üçün vahid şəkildə qəbul edilmiş, əhali tərəfindən daha çox istehlak edilən təmsilçi məhsullar (xidmətlər) dəsti üzrə aparılır. Bu dəst “İstehlak səbəti” adlanan ifadə altında formalaşır. İstehlak səbətinin tərkibinə 519 adda təmsilçi məhsul (xidmət) daxildir ki, onlardan da 150-si ərzaq məhsulları, 1-i tütün məmulatı, 269-u qeyri-ərzaq məhsulları, 99-u isə xidmətlərdir.
Əhatə dairəsi
          Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri
Mənbəyi
          Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər.
Toplanma metodu
          DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
İstifadə olunduğu təsnifat
          Ev təsərrüfatlarının şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı. Bütün təsnifatlara giriş:http://www.azstat.org/tesnifat/ Təsnifatlar yalnız azərbaycan dilində mövcuddur.
Yayım forması
          Mətbu məlumatların yayım təqviminə uyğun olaraq indeksə dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır.Məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır. https://www.stat.gov.az/ )
Əks olunduğu nəşr
          Qiymət statistikası üzrə əsas nəşr "Azərbaycanda qiymətlər" illik statistik məcmuə və "Qiymətlər və qiymət indeksləri" adlı aylıq statistik bülletendir. Bununla yanaşı, göstəricilərə dair məlumatlar "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə", "Azərbaycanın regionları" adlı statistik məcmuələrdə, "Sosial, iqtisadi inkişaf" və "Statistik icmal" adlı aylıq və rüblük nəşrlərdə əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: https://www.stat.gov.az/source/price_tarif/
Dövriliyi
           Aylıq
Ölçü vahidi
          faiz
Beynəlxalq konsepsiyası
          "Rəsmi statistika haqqında qanun"
Məlumat bazası ilə elektron əlaqəsi
          Aylıq bülletenlər http://www.stat.gov.az/source/price_tarif/,Press-reliz http://www.stat.gov.az, illik məcmuə məlumatları http://www.stat.gov.az/source/price_tarif/, baza məlumat http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=139&departament=9 internet səhifəsində yayımlanır.internet səhifəsində yayımlanır.