|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Ərzaq məhsulları, içkilər, tütün üzrə qiymət indeksləri |
İzahı |
İstehlak səbətinə daxil olan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin dəyişməsini xarakterizə edir. |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 538 86 21 |
Tətbiq sahəsi |
Qiymətlərin qeydiyyatı Azərbaycan Respublikasının bütün regionları üçün vahid şəkildə qəbul edilmiş, əhali tərəfindən daha çox istehlak edilən təmsilçi məhsullar (xidmətlər) dəsti üzrə aparılır. Bu dəst “İstehlak səbəti” adlanan ifadə altında formalaşır. İstehlak səbətinin tərkibinə 519 adda təmsilçi məhsul (xidmət) daxildir ki, onlardan da 150-si ərzaq məhsulları, 1-i tütün məmulatı, 269-u qeyri-ərzaq məhsulları, 99-u isə xidmətlərdir. |
Əhatə dairəsi |
Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri |
Mənbəyi |
Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər. |
Toplanma metodu |
DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
İstifadə olunduğu təsnifat |
Ev təsərrüfatlarının şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı. Bütün təsnifatlara giriş:http://www.azstat.org/tesnifat/
Təsnifatlar yalnız azərbaycan dilində mövcuddur. |
Yayım forması |
Mətbu məlumatların yayım təqviminə uyğun olaraq indeksə dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır.Məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır. https://www.stat.gov.az/ ) |
Əks olunduğu nəşr |
Qiymət statistikası üzrə əsas nəşr "Azərbaycanda qiymətlər" illik statistik məcmuə və "Qiymətlər və qiymət indeksləri" adlı aylıq statistik bülletendir. Bununla yanaşı, göstəricilərə dair məlumatlar "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə", "Azərbaycanın regionları" adlı statistik məcmuələrdə, "Sosial, iqtisadi inkişaf" və "Statistik icmal" adlı aylıq və rüblük nəşrlərdə əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: https://www.stat.gov.az/source/price_tarif/ |
Dövriliyi |
Aylıq |
Ölçü vahidi |
faiz |
Beynəlxalq konsepsiyası |
"Rəsmi statistika haqqında qanun" |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Aylıq bülletenlər http://www.stat.gov.az/source/price_tarif/,Press-reliz http://www.stat.gov.az, illik məcmuə məlumatları http://www.stat.gov.az/source/price_tarif/, baza məlumat http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=139&departament=9 internet səhifəsində yayımlanır. |