Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Avtomat Telefon Stansiyaları
İzahı
          Stasionar telefon abonentlərinin kabel və hava xətti vasitəsilə telefon danışıqlarının avtomatik mübadiləsini təmin etmək üçün müvafiq texniki vasitələrlə təchiz olunmuş rabitə sistemidir. Telefon stansiyalarının ümumi tutumuna - quraşdırılmış bütün abonent dəstləri, xüsusi dəstlər və ya taksofonların daxil olması üçün avadanlıqlar, idarə stansiyalarına birləşən xətlər, həmişəlik istifadəyə verilən idarə, təcili, sifariş və xidməti məlumat bürosu xətləri daxildir. Avtomat telefon stansiyalarına koordinat və elektron sistemli telefon stansiyaları daxil edilir.
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99 412 538 62 96
Tətbiq sahəsi
          Rabitə statistikası
Əhatə dairəsi
          Telekommunikasiya müəssisələrinin tabeliyində olan ATS-lərin fəaliyyəti
Mənbəyi
          Telekommunikasiya fəaliyyəti göstərən hüquqi şəxslər
Toplanma metodu
          Telekommunikasiya fəaliyyəti göstərən müəssisələrdən alınan statistik hesabatlar
İstifadə olunduğu təsnifat
          İqtisadi fəaliyyət növləri təsnifatı, Mülkiyyət növləri təsnifatı, İqtisadi ərazi bölgüsü təsnifatı
Yayım forması
          Məlumatlar kağız və elektron versiyalarla yayımlanır
Əks olunduğu nəşr
          "Azərbaycanda telekommunikasiya və poçt","Azərbaycanın statistik göstəriciləri","Azərbaycan rəqəmlərdə" və s. məcmuələr
Dövriliyi
           Rüblük
Ölçü vahidi
          vahid
Beynəlxalq konsepsiyası
          MDB dövlətlərinin rabitə statistikası üzrə tövsiyələri
Məlumat bazası ilə elektron əlaqəsi
          İllik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır.