|
Göstəricilərə dair metaməlumatlar |
|
Göstəricinin adı |
Pərakəndə ticarət dövriyyəsi |
İzahı |
Pərakəndə ticarət dövriyyəsi – əsasən əhaliyə onun istifadəsi və ya istehlakı üçün yeni və ya istifadə olunmuş malların emal edilmədən satışını əks etdirir, nağd ödəniş və ya kredit kartları, bankların haqq-hesab çekləri, haqqı əmanətçilərin hesablarından köçürülməklə əhaliyə satılmış əmtəələrin dəyərini ifadə edir və haqqın ödənilmə vaxtından asılı olmayaraq satılan əmtəənin tam satış dəyəri həcmində və əhaliyə satıldığı vaxt üzrə uçota alınır. |
Cavabdeh şöbənin əlaqə nömrəsi |
+99412 377 10 70 (22-60) |
Tətbiq sahəsi |
İqtisadi fəaliyyət növləri təsnifatının G-seksiyası üzrə -Topdan və pərakəndə ticarət üzrə xidmətlər, Avtonəqliyyat vasitələrinin və motosikletlərin təmiri xidmətləri |
Əhatə dairəsi |
Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri |
Mənbəyi |
Hüquqi şəxs statuslu müəssisələr, hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələri, bazar və yarmarkalar |
Toplanma metodu |
Ticarət müəssisələri başdan-başa üsulla, fərdi sahibkarların ticarət müəssisələri seçmə metodu ilə |
İstifadə olunduğu təsnifat |
"İqtisadi fəaliyyət növləri təsnifatı", "Mülkiyyət növlərinin statistik təsnifatı", "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". Bütün təsnifatlara giriş:http://stat.gov.az/menu/5/classifications/ |
Yayım forması |
Mətbu məlumatların yayım təqviminə uyğun olaraq məlumatlar press-reliz şəklində yayımlanır və Komitənin internet səhifəsində mətbu məlumatlar bölməsində yerləşdirilir https://www.stat.gov.az/ |
Əks olunduğu nəşr |
"Azərbaycanda ticarət", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanın regionları", Azərbaycan rəqəmlərdə" adlı statistik illik məcmuələr və "Ticarət müəssisələrinin əsas göstəriciləri" adlı rüblük bülleten. |
Dövriliyi |
Aylıq, Rüblük, Yarım illik, İllik |
Ölçü vahidi |
min manat, milyon manat |
Beynəlxalq konsepsiyası |
"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, Birləşmiş Millətlər Təşkilatının "Pərakəndə və topdansatış ticarət statistikası üzrə beynəlxalq tövsiyələr, 2008-ci il" tövsiyələri(İnternational Recommendations for Distributive Trade Statistics 2008).
Aİ-nin göstərişləri (Counсil Regulation (EC) № 1165/98 concerning short-term statistics, Eurostat manual on the Production of Structural Business Statistics).
MDB Statistika Komitəsinin ”Pərakəndə ticarət dövriyyəsinin statistik müşahidəsi və fiziki həcm indekslərinin hesablanmasına dair metodoloji tövsiyələr, 2012” |
Məlumat bazası ilə elektron əlaqəsi
|
Ticarətin əsas göstəricilərinə dair məlumatlar Komitənin www.stat.gov.az internet səhifəsində məlumat bazasında yerləşdirilir. Hazır cədvəllər bu linkdə mövcuddur https://www.stat.gov.az/source/trade/ |