birinci səhifə e_mail saytın xəritəsi
English
   Yeni iş yerləri >>
  Azərbaycan Respublikası üzrə yeni açılmış iş yerləri haqqında məlumat
  Yeni açılmış iş yerlərinin iqtisadi rayonlar üzrə ümumi sayı
  Yeni açılmış iş yerlərinin mülkiyyət növlərinə görə bölgüsü
  Yeni açılmış daimi iş yerlərinin iqtisadi fəaliyyət növlərinə görə bölgüsü (faizlə)
Yeni iş yerlərinin yaradılması haqqında
(2009-cu il)
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilmiş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmiş, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.
Ötən il ərzində ölkədə 5314 yeni müəssisə fəaliyyətə başlamışdır ki, onların da 11.6 faizi Aran iqtisadi rayonunda, 5.7 faizi Abşeron iqtisadi rayonunda, 5.0 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 3.3 faizi Lənkəran iqtisadi rayonunda, 3.2 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 5.7 faizi isə digər paytaxtdan kənar iqtisadi rayonlarda yerləşir. Hesabat dövründə vergi orqanlarında qeydiyyatdan keçmiş 272.6 min fiziki şəxsin 63.8 faizi öz sahibkarlıq fəaliyyətlərini regionlarda həyata keçirirlər.
2009-cu il ərzində ölkədə 73613 yeni, o cümlədən 54515 daimi iş yerləri açılmışdır.
Yeni açılmış daimi iş yerlərinin 13.4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 14.6 faizi mövcud müəssisə və təşkilatlarda, 1.4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70.6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Yeni iş yerlərinin 27,3 faizi Bakıda, 70,3 faizi regionlarda, o cümlədən 18.3 faizi Aran, 13.0 faizi Gəncə-Qazax, 7.3 faizi Abşeron, 6.8 faizi Quba-Xaçmaz, 6.4 faizi Naxçıvan, 6.1 faizi Lənkəran, 5.4 faizi Şəki-Zaqatala, 3.6 faizi Dağlıq Şirvan, 2.8 faizi Yuxarı Qarabağ, 0.6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında, 2.4 faizi mərkəzi təşkilatlarda açılmışdır.
Yeni iş yerlərinin 91.8 faizi özəl sektorun payına düşür. Mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərindən 5.9 faizi tikinti, 3.8 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3.0 faizi emal sənayesi, 1.8 faizi nəqliyyat və anbar təsərrüfatı, 1.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələrdə açılmışdır.
İstifadəçilərin ən çox nəzərdən keçirdiyi statistik bölmələr Məlumatların Yayılmasının Global Infrastrukturu:UNdata