Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətlərinin Statistik Təsnifatı
Abreviatura  İKTXST
Hazırlayan təşkilat  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci il 16 aprel tarixli 04 saylı kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2011-ci il 16 iyun tarixli 093 saylı əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  20.06.2011
Əvvəlki versiya  -
Strukturu  İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətlərinin Statistik Təsnifatının kod strukturunda 8 işarəli onluq rəqəm kodundan istifadə olunur və 6-cı səviyyəyədək Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2008) ilə tam, 8-ci səviyyədə isə milli Məhsul növləri təsnifatı ilə qismən üst-üstə düşür. Zəruri hallarda, yeni xidmət növlərinin əlavə olunması məqsədilə İKTXST-də ehtiyat kodlar üçün sahələr nəzərdə tutulmuşdur.
Qısa təsviri  İnformasiya və kommunikasiya texnologiyaları xidmətlərinin statistik təsnifatı (İKTMST) Avropa İttifaqının Statistika Bürosu tərəfindən hazırlanmış Fəaliyyət növləri üzrə məhsul təsnifatının (CPA 2008) bazası əsasında hazırlanmış və 01.09.2009-cu il tarixdən tətbiq edilən milli Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılmışdır. İKTXST-yə ABŞ, Kanada və Meksikada tətbiq edilən NAPCS (North American Product Classification System) təsnifatında əksini tapmış və hazırda aktual olan İKT xidmətləri daxil edilmişdir. İKTXST-nin təsnifləşdirmə obyekti informasiya və kommunikasiya texnologiyaları xidmətləri hesab edilir. Bu təsnifat İKT sahəsində göstərilən və tələb olunan xidmətləri təsvir etmək üçün nəzərdə tutulmuşdur. İKTXST əsasən statistika məqsədləri üçün hazırlanmışdır və ondan bütün dövlət qurumları, özəl təşkilatlar, elmi-tədqiqat və digər maraqlı müəssisələr istifadə edə bilər. Bu təsnifat İKT xidmətləri barədə tam statistik məlumatlar almağa və təhlil etməyə imkan verməklə bərabər, bu sahədə sahibkarlıq fəaliyyəti subyektlərinin xidmət növləri üzrə qeydiyyat və uçotunun aparılmasında faydalı olacaqdır.
Əlaqədar təsnifatlar  1) Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2008) 2) Məhsul növləri təsnifatı
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi xidmət statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Ikt_xidmet_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)