Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  İnformasiya və Kommunikasiya Texnologiyaları Məhsullarının Statistik Təsnifatı
Abreviatura  İKTMST
Hazırlayan təşkilat  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci il 28 aprel tarixli 04 saylı kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2012-ci il 19 iyul tarixli 076 saylı əmri ilə təsdiq təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  19.07.2012
Əvvəlki versiya  -
Strukturu  İnformasiya və Kommunikasiya Texnologiyaları Məhsullarının Statistik Təsnifatının kod strukturunda 8 işarəli onluq rəqəm kodundan istifadə olunur və 6-cı səviyyəyədək Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2008) ilə tam, 8-ci səviyyədə isə milli Məhsul növləri təsnifatı ilə qismən üst-üstə düşür. Zəruri hallarda, yeni məhsul növlərinin əlavə olunması məqsədilə İKTMST-də ehtiyat kodlar üçün sahələr nəzərdə tutulmuşdur.
Qısa təsviri  İnformasiya və kommunikasiya texnologiyaları məhsullarının statistik təsnifatı (İKTMST) Avropa İttifaqının Statistika Bürosu tərəfindən hazırlanmış Fəaliyyət növləri üzrə məhsul təsnifatının (CPA 2008) bazası əsasında hazırlanmış və 01.09.2009-cu il tarixdən tətbiq edilən milli Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılmışdır. İKTMST-nin təsnifləşdirmə obyekti İKT məhsulları hesab edilir. Bu təsnifat İKT sahəsində təqdim edilən və tələb olunan məhsulları təsvir etmək üçün nəzərdə tutulmuşdur. İKTMST əsasən statistika məqsədləri üçün hazırlanmışdır və ondan bütün dövlət qurumları, özəl təşkilatlar, elmi-tədqiqat və digər maraqlı müəssisələr istifadə edə bilər. Bu təsnifat İKT məhsulları barədə tam statistik məlumatlar almağa və təhlil etməyə imkan verməklə bərabər, bu sahədə sahibkarlıq fəaliyyəti subyektlərinin məhsul növləri üzrə qeydiyyat və uçotunun aparılmasında faydalı olacaqdır.
Əlaqədar təsnifatlar  1) Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2008) 2) Məhsul növləri təsnifatı
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi xidmət statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Ikt_mehsul_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)