Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Statistik Fəaliyyət Təsnifatı
Abreviatura  SFT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 oktyabr 2013-cü il tarixli 28/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 122 nömrəli 27 noyabr 2013-cü il tarixli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  01.12.2013
Əvvəlki versiya  -
Strukturu  Təsnifatın strukturu aşağıdakı kimidir: 1-ci səviyyə: 5 bölmə 2-ci səviyyə: 38 qrup 3-cü səviyyə:18 altqrup
Qısa təsviri  Statistik Fəaliyyət Təsnifatı beynəlxalq praktikada tətbiq olunan, BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən işlənib hazırlanmış Classification of Statistical Activities (CSA rev.1) əsasında hazırlanmışdır. Təsnifatdan milli statistika sistemində həyata keçirilən fəaliyyətin və statistika sahələrinin təsnifləşdirilməsi üçün baza kimi istifadə oluna bilər. Statistik Fəaliyyət Təsnifatının təsnifləşdirmə obyekti statistikanın sahələri hesab edilir. Təsnifat kod və ad hissələri olmaqla 3 səviyədən ibarətdir. Beş bölmə 1-ci səviyyəni təşkil edir və geniş statistik fəaliyyət növünə aiddir. 2-ci səviyyə bu bölmələrdə “fəaliyyəti”, 3-cü səviyyə isə daha ətraflı “mövzu sahələrini” əhatə edir.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Statistika sistemi
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Statistik_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)