Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Sənaye Məhsullarının Son Təyinatına Görə Təsnifatı (siyahısı)
Abreviatura  -
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2010-cu il 26 may tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 30 iyul tarixli 113 saylı əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  02.08.2010
Əvvəlki versiya  -
Strukturu  Sənaye məhsullarının son təyinatına görə təsnifatında iqtisadi fəaliyyət növləri üzrə əsas sənaye qrupları: aralıq mallar, enerji, əsas vəsaitlər, uzun müddətli və qısa müddətli istifadə üçün istehlak malları bölmələrinə ayrılır. Son təyinatı üzrə sənaye məhsullarının qruplaşdırılması isə Məhsul növləri təsnifatından seçilmiş məhsul adları üzrə aparılır.
Qısa təsviri  Sənaye məhsullarının son təyinatına görə təsnifatı (siyahısı) Avropa İttifaqının İqtisadi fəaliyyət növləri təsnifatı (NACE rev.2) və Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2008) əsasında işlənmişdir. Bu təsnifat İqtisadi fəaliyyət növləri (İFNT) və Məhsul növləri təsnifatları (MNT) ilə qarşılıqlı əlaqədədir. Təsnifatın hazırlanmasında əsas məqsəd sənaye məhsullarının son təyinatına görə kateqoriyalar üzrə qruplaşdırılmasıdır.
Əlaqədar təsnifatlar  1) Avropa İttifaqında İqtisadi fəaliyyət növləri təsnifatı (NACE rev.2) 2) Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA 2008) 3) Hormonizə edilmiş sistem (HS) 4) Kombinə edilmiş nomenklatura (CN) 5) İqtisadi Fəaliyyət Növləri Təsnifatı (İFNT) 6) Məhsul Növləri Təsnifatı (MNT)
Təsnifat ailəsi  Aqreqasiya edilmiş təsnifatlar
Tətbiq sahəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: ttps://www.stat.gov.az/menu/5/classifications/source/Senaye_sonteyinat_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)