Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Milli təhsil təsnifatı
Abreviatura  MTT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 aprel 2014-cü il tarixli 13/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 078 nömrəli 05 iyun 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  06.06.2014
Əvvəlki versiya  Milli təhsil təsnifatı (ikinci variant)
Strukturu  Milli Təhsil Təsnifatı üzrə 9 təhsil səviyyəsi və 2 altsəviyyə nəzərdə tutulur: ISCED 0 – Kiçik yaşlı uşaqların inkişaf proqramları 01 – Erkən yaşlı uşaqların inkişaf proqramları 02 – Məktəbəqədər təhsil ISCED 1 – İbtidai təhsil ISCED 2 – Ümumi orta təhsil ISCED 3 – Tam orta təhsil və ilk peşə-ixtisas təhsili ISCED 4 – Tam orta təhsildən sonrakı ilk peşə-ixtisas təhsili ISCED 5 – Orta ixtisas təhsili (subbakalavr) ISCED 6 – Ali təhsil (bakalavriat və ali tibb) ISCED 7 – Ali təhsil (magistratura və rezidentura) ISCED 8 – Ali təhsil (doktorantura və adyunktura)
Qısa təsviri  Milli təhsil təsnifatı “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli Qanunun tələbləri nəzərə alınmaqla, YUNESKO-nun Beynəlxalq Standart Təhsil Təsnifatına (ISCED 2011) və son illərdə ölkədə təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq hazırlanmışdır. Milli təhsil təsnifatı statistikada beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatların yığımı və təhlili məqsədilə tətbiq edilən, BMT-nin beynəlxalq sosial və iqtisadi təsnifatlar sisteminin bir hissəsidir. Bu təsnifat təhsil səviyyələri və təhsil proqramlarının sahələri üzrə müvafiq ixtisasların qaydaya salması üçün əsasdır.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Təhsil
Tətbiq sahəsi Sosial statistika; Əmək statistikası; Həyat keyfiyyətinin statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Milli_teh_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)