Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Sənaye məhsullarının statistik təsnifatı, 2019
Abreviatura  SMST, 2019
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 16 dekabr tarixli 9/7 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir, Azərbaycan Standartlaşdırma İnstitutunun 2021-ci il 07 aprel tarixli 212323400037 nömrəli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  08.04.2021
Əvvəlki versiya  Sənaye məhsullarının statistik təsnifatı (siyahısı) (üçüncü versiya)
Strukturu  “SMST, 2019” milli xüsusiyyətlər nəzərə alınmaqla İqtisadi fəaliyyət növləri təsnifatının (İFNT) B - Mədənçıxarma sənayesi, C - Emal sənayesi, D - Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat seksiyalarını və E – Su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi seksiyasının 3832-ci sinfini əhatə edir. Ayrı-ayrı bölmələrin tərkibində “SMST, 2019”un qrupları təsnifat kodunun artım sırası ilə verilmişdir. Kodlar rəqəm işarələrindən istifadə edilməklə 4 səviyyədən ibarətdir: • 1-ci səviyyə dörd rəqəmli kodla işarə edilmişdir • 2-ci səviyyə altı rəqəmli kodla işarə edilmişdir • 3-cü səviyyə səkkiz rəqəmli kodla işarə edilmişdir • 4-cü (milli) səviyyə doqquz rəqəmli kodla işarə edilmişdir. 1-ci sütunda məhsulların kodları qeyd edilmişdir. Hər bir qrup üzrə mal və xidmətlər aşağıda verilmiş struktura uyğun olaraq doqquz rəqəmli kod işarəsi ilə müəyyənləşdirilmişdir: XX.XX.XX.YY.Z. İlk dörd rəqəm Avropa İttifaqında İqtisadi fəaliyyət növləri təsnifatının və eyni zamanda milli İqtisadi Fəaliyyət Növləri Təsnifatının sinifləri ilə, ilk altı rəqəm Fəaliyyət növü üzrə məhsul növləri təsnifatının və eyni zamanda milli Məhsul Növləri Təsnifatının kodları ilə, sonrakı iki rəqəm “PRODCOM List, 2019”un və eyni zamanda Sənaye Məhsullarının Statistik Təsnifatının kodları ilə eynilik təşkil edir. Axırıncı rəqəm isə milli istehsal və xidmət xüsusiyyətlərini əks etdirən məhsul növlərinin kodunu müəyyənləşdirir.
Qısa təsviri  “Sənaye məhsullarının statistik təsnifatı, 2019” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə işlənib hazırlanmışdır. “SMST, 2019” Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi kollegiyasının 2009-cu il 25 noyabr tarixli 22/3 nömrəli qərarı və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2009-cu il 17 dekabr tarixli 153 saylı əmri ilə təsdiq edilmiş “Sənaye məhsullarının statistik təsnifatı”nın (üçüncü versiya) yenilənmiş redaksiyası hesab edilir. “SMST, 2019” Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən hazırlanmış “PRODCOM List (List of PRODucts of the European COMmunity), 2019 version” (PRODCOM List, 2019) əsasında hazırlanmışdır. “PRODCOM List, 2019” - Avropa İttifaqında İqtisadi fəaliyyət növləri təsnifatının (AİFT) B və C seksiyalarının bütün siniflərini, eləcə də E seksiyasının 3832-ci sinfini əhatə edən statistik sənəddir. Onun adı fransız dilində olan “PRODuction COMmunautaire” (İttifaqın İstehsalı) sözünün qısaldılmış formasıdır.
Əlaqədar təsnifatlar  1) Avropa İttifaqında iqtisadi fəaliyyət növləri təsnifatı (NACE Rev.2) 2) Fəaliyyət növü üzrə məhsul növləri təsnifatı (CPA 2.1) 3) İqtisadi Fəaliyyət növləri təsnifatı (AZT029-2008) 4) Məhsul növləri təsnifatı (AZT053-2018)
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi Sənaye statistikası, Qiymət statistikası, Energetika statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Senaye_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)