Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Bələdiyyələrin Statistik Ərazi Təsnifatı
Abreviatura  BSƏT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 29 iyul tarixli 16/1 və 2023-cü il 29 noyabr tarixli 7/1 nömrəli qərarları
Tətbiq edilmə tarixi  29.11.2023
Əvvəlki versiya  Bələdiyyələrin Statistik Ərazi Təsnifatı (ikinci variant)
Strukturu  Bələdiyyələrin Statistik Ərazi Təsnifatının strukturu iki hissədən ibarətdir: Kod hissəsi və ad hissəsi. 1. Kod hissəsi 8 rəqəmli kodlardan təşkil olunmuşdur; 2. Ad hissəsi isə mövcud bələdiyyənin adı və ona daxil olan ərazi vahidlərinin siyahısını özündə əks etdirir.
Qısa təsviri  Bələdiyyələrin Statistik Ərazi Təsnifatı iqtisadi və sosial informasiya təsnifatı olmaqla “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ hüquqi aktları əsas götürülməklə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmışdır. Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və onların müvafiq kodlarının siyahısı verilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 29 iyul tarixli 16/1 nömrəli qərarı ilə təsdiq edilmiş” Bələdiyyələrin statistik ərazi təsnifatı” “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununda baş vermiş dəyişikliklərə uyğunlaşdırılaraq yeni redaksiyada verilmişdir.
Əlaqədar təsnifatlar  İnzibati Ərazi Bölgüsü Təsnifatı
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Statistik vahidlərin Dövlət reyestri
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Belediyye_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)