Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Məşğulluq Təsnifatı
Abreviatura  MT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 180 saylı 20 dekabr 2010-cu il tarixli əmri ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 24 noyabr 2010-cu il tarixli 29/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  01.01.2011
Əvvəlki versiya  Məşğulluq Təsnifatı 2000
Strukturu  Məşğulluq Təsnifatının işlənməsi üçün konseptual yanaşma əsasında 43 yarımqrupa, 131 kiçik və 438 ibtidai qrupa bölünən 10 əsas qrupdan ibarət iyerarxiya strukturunun piramidası qurulmuşdur.
Qısa təsviri  Məşğulluq Təsnifatı (MT) ölkədə bazar iqtisadiyyatının inkişafına və beynəlxalq praktikada qəbul edilmiş uçot və statistikaya uyğun olaraq Məşğulluğun Beynəlxalq Standart Təsnifatının yeni İSCO-08 variantından istifadə edilməklə, onun genişləndirilməsi əsasında hazırlanmışdır. Təsnifat özündə sistemləşdirilmiş əmək fəaliyyəti növlərinin siyahısını cəmləşdirir. Bu siyahı statistik müqayisələrin, uçot və təhlillərin aparılmasında böyük rol oynayır. Əmək fəaliyyəti növlərinin sistemləşdirilmiş forması olan Məşğulluq Təsnifatı Məşğulluğun Beynəlxalq Standart Təsnifatına (İSCO-08) uyğun gəlir və dörd mərhələli koddan ibarətdir. Təsnifat sosial-əmək münasibətlərinin nizamlanmasına toxunan və işçi qüvvəsinin strukturunun dəyişmə vəziyyətinin və dinamikasının qiymətləndirilməsi ilə bağlı, məşğulluq və peşəkar təhsil sahəsində göstəricilərin təhlili və proqnozları ilə bağlı geniş dairəli məsələləri həll etmək üçün nəzərdə tutulmuşdur.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Məşğulluq
Tətbiq sahəsi Əmək statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Meshqulluq_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)