Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Ölçü Vahidləri Təsnifatı
Abreviatura  ÖVT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 1999-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  12.05.1999
Əvvəlki versiya  -
Strukturu  Ölçü Vahidləri Təsnifatında ölçü vahidləri yeddi qrupa bölünür: uzunluq vahidləri, sahə vahidləri, həcm vahidləri, kütlə vahidləri, texniki vahidlər, zaman vahidləri, iqtisadi vahidlər. Bu təsnifat üç hissədən ibarətdir: 1)ÖVT-nın birinci hissəsi BMT AİK 4-cü işçi qrupunun 20 nömrəli tövsiyəsini əks etdirən beynəlxalq ölçü vahidləri təsnifatı bazasında tərtib edilmişdir; 2)Bununla yanaşı, ikinci hissədə mövcud iqtisadi və sosial sferada dövlət uçotu və hesabatı funksiyalarının həyata keçirilməsi praktikasında isdifadə edilən, beynəlxalq təsnifatda öz əksini tapmayan əlavə ölçü vahidləri daxil edilmişdir; 3)Üçüncü hissəyə əvvəlki yüzilliklərdə Azərbaycan ərazisində istifadə olunmuş ölçü vahidləri daxil edilmişdir. Təsnifatın hər sahəsi (üçüncü hissə istisna olmaqla) üç blokdan ibarətdir: identifikasiya bloku adlar bloku əlavə xüsusiyyətlər bloku. Ölçü vahidinin identifikasiya kodu, ölçü vahidlərinin hər qrupunda ehtiyat kodlarının ayrılması ilə üçrəqəmli kodla işarə edilmişdir. Birinci bölmədə beynəlxalq təsnifatın kodları ilə üst üstə düşən kodlardan (BMT AİK İQ-4 tövsiyyə № 20), ikinci hissədə isə beynəlxalq təsnifatın kodlarından istifadə olunmuşdur.ÖVT-da identifikasiya kodunun struktur formulası belədir: XXX. Adlar blokuna ya beynəlxalq təsnifat üzrə(birinci hissə üçün), ya da dövlət uçotu və hesabatında qəbul edilmiş (ikinci hissə üçün) ölçü vahidlərinin adları daxil edilmişdir. Əlavə xüsusiyyətlər blokunda məlumatlar, eləcə də ölçü vahidlərinin hərfi kod işarələri (beynəlxalq və milli) şərtidir.Təsnifatdan istifadəni asanlaşdırmaq məqsədilə ölçü vahidləri işarə əlifbası ilə də göstərilmişdir.
Qısa təsviri  Ölçü Vahidləri Təsnifatının əsas məqsədi dövlət uçotu və hesabatlarının tətbiqi, iqtisadiyyatın inkişafının təhlili və proqnozlaşdırılması, beynəlxalq statistik müqayisələrin təminatı, daxili və xarici ticarətin həyata keçirilməsi, xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən nizamlanması və gömrük nəzarətinin təşkil edilməsində texniki-iqtisadi və sosial göstəricilərin sayla qiymətləndirilməsi məsələlərinin həllindən ibarətdir. Ölçü Vahidləri Təsnifatının obyekti kimi hər hansı fəaliyyət sferasında istifadə olunan ölçü vahidləri hesab edilir.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Əmək statistikası; Sosial statistika; Kənd təsərrüfatı statistikası; Ticarət statistikası; Qiymət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Olcu_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)