Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Məqsədlər üzrə istehsalçıların xərcləri təsnifatı
Abreviatura  MİXT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci il 25 sentyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 2002-ci il 09 oktyabr tarixli 02 saylı əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  20.10.2002
Əvvəlki versiya  -
Strukturu  Təsnifat üç səviyyəli detallaşmadan ibarətdir: 1-ci səviyyə 2 rəqəmli kodla işarə edilir(6 bölmə); 2-ci səviyyə 3 rəqəmli kodla işarə edilir (22 qrup); 3-cü səviyyə 4 rəqəmli kodla işarə edilir (23 altqrup).
Qısa təsviri  Məqsədlər üzrə istehsalçıların xərcləri təsnifatının əhatə sahəsi təsnifatın adından göründüyü kimi, istehsalçıların, əsasən də korporativ (maliyyə və qeyri-maliyyə) sektorun bazar istehsalçılarının xərcləridir. Müəssisələrin məqsədlər üzrə xərcləri cari xərclərə və kapital qoyuluşuna bölüşdürülə bilər. Kapital qoyuluşuna kapitallaşdırılmış cari xərclər, istehsal aktivlərinə investisiyalar və qeyri-istehsal aktivlərinə investisiyalar daxildir. Cari əməliyyat xərclərinə aralıq əmtəə və xidmətlərə yönəldilmiş xərclər, işçilərin əmək haqları, subsidiyalar çıxılmaqla istehsala olan digər vergilər, kapitalın istehlakı və mənfəət aid edilir. Kapitallaşdırılmış cari xərclər müəssisələrin, məsələn, proqram təminatının işlənməsi, yolların tikintisi və ya iri təmir işlərinin aparılması və istehsal vasitələrinin modernləşdirilməsi kimi xərclərdir.
Əlaqədar təsnifatlar  Beynəlxalq standart sahə təsnifatı (ISIC REV 3); Əsas məhsul təsnifatı (CPC 1.0)
Təsnifat ailəsi  Milli hesablar
Tətbiq sahəsi Milli hesablar və makroiqtisadi göstəricilər
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Xerc_meqsed_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)