Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Bina və Qurğuların Funksional Təyinat üzrə Statistik Təsnifatı
Abreviatura  BQFTST
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 24 aprel tarixli 4/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  24.04.2024
Əvvəlki versiya  -
Strukturu  Təsnifatın quruluşu üç sütundan ibarətdir: I sütun - kod hissəsi. II sütun - ad hissəsi. III sütun - qeydlər. Təsnifat iki mühüm bölməyə ayrılır: 1) Binalar. 2) Digər inşaat işləri. Birinci bölmədə binalar iki qrupa bölünür: yaşayış binaları (11) və qeyri - yaşayış binaları (12). “Digər inşaat işləri” adlı ikinci bölmə dörd qrupa ayrılır. Bunlara nəqliyyat infrastrukturu (21), boru kəmərləri, rabitə və elektrik xətləri (22), sənaye üçün kompleks tikililər (23), digər qruplarda təsnifləşdirilməyən inşaat işləri (24) qrupları daxildir. Hər bir qrup ayrı-ayrılıqda kiçik qruplar əsasında formalaşan yarım qruplardan ibarətdir. Kiçik qruplar isə öz növbəsində ibtidai qruplara bölünür.
Qısa təsviri  “Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2002-ci il 29 may tarixli qərarı ilə təsdiq edilmiş “Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı”nın yenilənmiş redaksiyası hesab edilir. Bu təsnifat Avropa İttifaqının “Classification of types of construction (CC)” əsasında həmin təsnifatın 4 rəqəmli koduna yerli xüsusiyyətlər nəzərə alınmaqla 5-ci rəqəmin artırılması yolu ilə genişləndirilmiş, müvafiq izahlar əlavə edilmişdir. “Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı” tikinti fəaliyyəti ilə bağlı statistik məlumatlar, tikinti statistikasına dair hesabatları, bina və mənzil siyahıyaalmaları, tikinti işləri üzrə qiymət statistikası və milli hesablar kimi bir çox fərqli məqsədlər üçün nəzərdə tutulmuşdur.
Əlaqədar təsnifatlar  Əsas məhsulların təsnifatı (CPC)
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi Tikinti statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Bina_qurg_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)