Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının məqsədlər üzrə təsnifatı
Abreviatura  QTMT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci il 25 sentyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 2002-ci il 09 oktyabr tarixli 02 saylı əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  20.10.2002
Əvvəlki versiya  -
Strukturu  Təsnifat üç səviyyəli detallaşmadan ibarətdir: 1-ci səviyyə 2 rəqəmli kodla işarə edilir (9 bölmə); 2-ci səviyyə 3 rəqəmli kodla işarə edilir (26 qrup); 3-cü səviyyə 4 rəqəmli kodla işarə edilir (30 sinif).
Qısa təsviri  Milli hesablar sistemində ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının bütün xərclərinin fərdi istehlaka aid edilməsi qəbul edilmişdir. QTMT-nin əsas məqsədi MHS-ə əsasən ev təsərrüfatlarının faktiki son istehlakı (və ya faktiki fərdi istehlakı) üzrə məlumatlar almaq üçün, ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının xərclərini və ev təsərrüfatlarının fərdi istehlakı və dövlət idarəetmə orqanlarının məqsədli xərclərinə müvafiq olaraq təsnifləşdirməkdən ibarətdir. QTMT-dən, həmçinin ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatları təsnifatının fəaliyyət növlərinin beynəlxalq müqayisəliliyini asanlaşdırmaq üçün də istifadə edilə bilər. Bir çox ölkələrdə əhaliyə təhsil, səhiyyə və sosial müdafiə sahəsində xidmət göstərilməsi üzrə bu təşkilatların fəaliyyəti dövlət idarəetmə orqanlarının fəaliyyətinin tamamlayıcısı rolunu oynayır. Bəzi ölkələrdə ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının təsnifatı ətraf mühit, insan hüquqlarının müdafiəsi kimi sahələrdə istifadə edilməyə başlamışdır. QTMT-də səhiyyə və sosial sahə kimi daha ənənəvi sahələrlə yanaşı bu yeni məqsədlərdə ayrılır.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Milli hesablar
Tətbiq sahəsi Həyat keyfiyyətinin statistikası; Milli hesablar və makroiqtisadi göstəricilər statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Xerc_meqsed_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)