Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Nəqliyyat statistikası üçün yük təsnifatı, 2007
Abreviatura  NSYT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2019-cu il 30 avqust tarixli 7/2 nömrəli qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Standartlaşdırma İnstitutunun 2019-cu il 28 noyabr tarixli 192323400036 nömrəli əmri ilə təsdiq edilərək dövlət standartı kimi qeydiyyata alınmış və standartlaşdırma üzrə dövlət fonduna daxil edilmişdir.
Tətbiq edilmə tarixi  28.11.2019
Əvvəlki versiya  Nəqliyyat statistikası üçün yük təsnifatı
Strukturu  Təsnifat 3 rəqəmli kodla işarələnmişdir. Təsnifatın quruluşu üç sütundan ibarətdir. I sütun - kod hissəsi, II sütun - yüklərin adı, III sütun - Məhsul Növləri Təsnifatının müvafiq kodları. Kodlar hərf və rəqəm işarələrindən istifadə etməklə 2 səviyyədə qurulmuşdur: I səviyyə - bölmə adlanmaqla kodun birinci iki rəqəmi ilə işarə olunur, II səviyyə - qrup adlanmaqla kodun tam üç rəqəmi ilə işarə olunur.
Qısa təsviri  “Nəqliyyat statistikası üçün yük təsnifatı, 2007” Azərbaycan Respublikası Prezidentinin 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. “Nəqliyyat statistikası üçün yük təsnifatı, 2007” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2005-ci il 11 may tarixli 31 nömrəli qərarı və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 2005-ci il 23 may tarixli 042 nömrəli əmri ilə təsdiq edilmiş “Nəqliyyat statistikası üçün yük təsnifatı”nın yenilənmiş redaksiyası hesab edilir. Bu təsnifat Avropa İttifaqının “Standart goods classification for transport statistics, 2007” əsasında hazırlanmışdır. “Nəqliyyat statistikası üçün yük təsnifatı, 2007” nəqliyyat statistikası sahəsində məlumatların beynəlxalq mübadiləsini təmin etməyə imkan verir. Bu təsnifat Avropa İttifaqının “Statistical Classification of Products by Activity, Version 2.1” əsasında hazırlanmış milli Məhsul Növləri Təsnifatı ilə uzlaşdırılmışdır.
Əlaqədar təsnifatlar  Beynəlxalq standart sahə təsnifatı (ISIC); Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA); Avropa İttifaqında iqtisadi fəaliyyət növləri təsnifatı (NACE); İqtisadi fəaliyyət növləri təsnifatı (İFNT); Məhsul növləri təsnifatı (MNT).
Təsnifat ailəsi  Məhsullar
Tətbiq sahəsi Qiymət statistikası, Xidmət statistikası
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Neq_yuk_tes_2020.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)