Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Təşkilati-hüquqi formaların statistik təsnifatı
Abreviatura  THFST
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il 27 yanvar tarixli 1/4 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir, Azərbaycan Standartlaşdırma İnstitutunun 2021-ci il 06 aprel tarixli 212323400034 nömrəli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  07.04.2021
Əvvəlki versiya  Hüquqi vahidlərin təşkilati-hüquqi formalarının statistik təsnifatı (ikinci versiya)
Strukturu  Təşkilati-hüquqi formaların statistik təsnifatının strukturu iki hissədən ibarətdir: 1. Kod hissəsi 2. Ad hissəsi Kod hissəsi rəqəm kodundan istifadə etməklə kodlaşdırmanın ardıcıl sisteminə və təsnifləşdirmənin iyerarxiya sisteminə malikdir. Kodlaşdırma üçün işarələr arasında nöqtə qoymaqla rəqəm kodundan istifadə olunur. Ad hissəsi hüquqi şəxslərin təşkilati-hüquqi formalarının və hüquqi şəxs statusuna malik olmayan digər qurumların adlarını əks etdirir.
Qısa təsviri  “Təşkilati-hüquqi formaların statistik təsnifatı” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2001-ci il 27 iyun tarixli qərarı və Azərbaycan Respublikası Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin 2001-ci il 05 iyul tarixli 43 nömrəli əmri ilə təsdiq edilmiş “Hüquqi vahidlərin təşkilati-hüquqi formalarının statistik təsnifatı”nın yenidən baxılmış variantıdır. Təşkilati-hüquqi forma dedikdə, hüquqi vahidin əmlakının formalaşdırılması, ondan istifadə edilməsi və bundan irəli gələn onun hüquqi statusu və fəaliyyətinin məqsədləri başa düşülür. Təsnifatda hüquqi şəxslərin təşkilati-hüquqi formalarının kodlaşdırılması ilə yanaşı, hüquqi şəxslərin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxslərin mənafelərini təmsil və müdafiə edən ayrıca bölmələrinin (filial, nümayəndəlik və idarələrinin), habelə beynəlxalq təşkilatların nümayəndəlikləri, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri kimi digər qurumların da məlumatlarının təhlili ilə bağlı avtomatlaşdırılmış informasiya emalı sistemlərində istifadə üçün kodlaşdırılması aparılmışdır. Təsnifat Azərbaycan Respublikası Mülki Məcəlləsinin və digər normativ hüquqi aktların müddəalarının tələbləri nəzərə alınmaqla hazırlanmış və rəsmi statistika məlumatlarının istehsalı zamanı həm hüquqi şəxslərin təşkilati-hüquqi formalarının, həm də hüquqi şəxs statusuna malik olmayan digər qurumların təsnifləşdirilməsi, sistemləşdirilməsi (strukturlaşdırılması) məqsədini daşıyır.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Statistik vahidlərin Dövlət reyestri
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/THuqforma_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)