Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı
Abreviatura  ŞİMT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci il 25 sentyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 2002-ci il 09 oktyabr tarixli 02 saylı əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  20.10.2002
Əvvəlki versiya  -
Strukturu  Təsnifat dörd səviyyəli detallaşmadan ibarətdir: 1-ci səviyyə ikirəqəmli kodla işarə edilmişdir (14 bölmə); 2-ci səviyyə üç rəqəmli kodla işarə edilmişdir (58 qrup); 3-cü səviyyə dördrəqəmli kodla işarə edilmişdir (157 sinif); 4-cü səviyyə yeddirəqəmli kodla işarə edilmişdir (516 növ).
Qısa təsviri  Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatının işlənib hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının milli hesablar sistemi metodologiyasına və Avropa statistika komissiyasının ev təsərrüfatlarının büdcə tədqiqatlarının harmonizasiya edilməsi üzrə tövsiyələrinə (Avropa Statistika Bürosu, 1997) uyğun olaraq statistika məlumatlarının toplanması, işlənməsi və təqdim olunması üçün standartlar yaratmaqdan ibarətdir. Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatının hazırlanmasında əsas vəzifələr aşağıdakılardır: Ev təsərrüfatının müxtəlif növ mal və xidmətlərinin istehlakı həcminin uçotu sahəsində standartlaşdırmanın inkişafı və təkmilləşdirilməsi; Avtomatlaşdırılmış sistemlərdə və məlumat bazalarında məlumatların kodlaşdırılması; Milli və beynəlxalq səviyyələrdə statistika məlumatlarının müqayisəliliyi; Yeni sosial-iqtisadi şəraitdə ev təsərrüfatlarında istehlakın istiqamətlərinin aktuallaşdırılması; İstehlak strukturundakı asılılığı nəzərə almaqla müxtəlif növ qruplar üzrə mal və xidmətlərə ev təsərrüfatlarının tələbatının, ev təsərrüfatının həyat səviyyəsinin öyrənilməsində sistemli yanaşmanın təmin edilməsi.
Əlaqədar təsnifatlar  Fəaliyyət növləri üzrə məhsul təsnifatı (CPA); Məhsul növləri təsnifatı (MNT)
Təsnifat ailəsi  Milli hesablar
Tətbiq sahəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası; Ev təsərrüfatı büdcəsinin statistik tədqiqatının aparılması; Qiymət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Xerc_meqsed_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)