Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Dünya ölkələri təsnifatı
Abreviatura  DÖT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 20 iyul 2016-cı il tarixli 7/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 19 sentyabr 2016-cı il tarixli 160111500020 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  19.09.2016
Əvvəlki versiya  Dünya ölkələri təsnifatı (ikinci variant)
Strukturu  Statistika məlumatlarının işlənməsinin asanlaşdırılması üçün bu təsnifatda göstərilmiş hər bir ölkəyə və ya regiona, hər bir coğrafi regiona, ölkələr və ya regionlar qrupuna standart üç işarəli rəqəm kodu verilmişdir. Bunlar 001-dən 898-dəkdir. 896 və 898-ci kodlar, müvafiq olaraq "Başqa yerlərdə göstərilməyən regionlar"a və "Göstərilməyən regionlar"a aid edilir. "Başqa yerlərdə göstərilməyən regionlar" ifadəsindən bu cədvəldə ayrıca olaraq göstərilməyən ölkə və ya regionlara aid edilərək istifadə olunur. "Göstərilməyən regionlar" ifadəsindən qrupa və ya regiona aid edilmək üçün lazımi informasiya olmayan ölkə və ya regiona aid edilərək istifadə olunur. Ölkə və ya regionların adlarının təqdim edilməsi üçün hərf kodları İSO tərəfindən işlənib hazırlanmışdır. İstifadəçinin hərf kodlarına üstünlük verdiyi hallarda İSO-nun iki və üç hərfli kodları məlumat məqsədləri üçün bu nəşrdə göstərilmiş ölkə və ya regionlar üçün verilir.
Qısa təsviri  Təsnifat BMT-nin Statistika şöbəsi tərəfindən hazırlanmış BMT ölkələrinin Standart kodlarının (Seriya M, №49) yenidən baxılmış variantı əsasında hazırlanmışdır. Təsnifatda ölkə və ya regionların adları əlifba sırası ilə verilmiş, BMT-nin Statistika şöbəsi tərəfindən statistik məqsədlər üçün istifadə edilən üç işarəli rəqəm kodları, Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən verilmiş iki və üç hərfdən ibarət olan kodlar və ölkə və ya regionların adlarının qısaldılmış formaları BMT-nin Statistika şöbəsi tərəfindən istifadə edilən on iki işarəli qısaltmalar şəklində göstərilmişdir. Bundan əlavə coğrafi regionların tərkibi, ölkə və regionların daxil olduqları regional iqtisadi qruplaşmalar, ölkələrin müstəqillik əldə etdikləri illər, milli valyutası, beynəlxalq telefon kodları, vaxt zonası, dörd dildə adları (azərbaycan, rus, ingilis və ölkənin öz dilində), həmçinin BMT tərəfindən 1982-ci ildə ikinci baxış variantında nəşr olunma dövründən bu günə qədər rəqəm kodlarında baş vermiş dəyişikliklər təsnifatda öz əksini tapmışdır.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Coğrafi
Tətbiq sahəsi Statistik vahidlərin Dövlət reyestri; Əhali statistikası; Milli hesablar və makroiqtisadi göstəricilər statistikası; Sosial statistika; Ticarət statistikası; Xidmət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Dunya_tes.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)