Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024
Abreviatura  İƏBT
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Statistika Komitəsi kollegiyasının 2024-cü il 16 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tətbiq edilmə tarixi  16.02.2024
Əvvəlki versiya  İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019
Strukturu  “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024” üç inzibati ərazi səviyyəsinə bölünmüşdür: I səviyyə inzibati ərazi vahidinin aid olduğu şəhər, rayon və şəhər rayonunu bildirir. II səviyyəyə şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri daxildir. III səviyyəyə qəsəbə və kəndlər daxildir. Təsnifat iki hissədən təşkil olunmuşdur: 1. Kod hissəsi 8 rəqəmli koddan təşkil olunmuşdur; 2. Ad hissəsi - inzibati ərazi obyektinin adıdır. Kodun ilk üç işarəsi birinci səviyyə obyektlərinin, dördüncü və beşinci işarələri ikinci səviyyə, altıncı və yeddinci işarə isə üçüncü səviyyə obyektlərinin kodunu işarə edir. Kodun səkkizinci işarəsi təsnifat obyektinin statusunu bildirir.
Qısa təsviri  “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024”ün hazırlanmasında əsas məqsəd sahələr üzrə statistik müşahidələr əsasında əldə edilən nəticələr də daxil olmaqla rəsmi statistika məlumatlarının Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə edilmiş dəyişikliklərə uyğun düzgün əks etdirilməsini təmin etmək, həmçinin statistik məqsədlər üçün inzibati ərazilərin kodlaşdırılması və istifadəçilərin inzibati ərazi bölgüləri üzrə statistik məlumatlardan istifadə edə bilmələrini təmin etməkdən ibarətdir. İnzibati ərazi bölgüsünün subyektləri yaşayış məntəqəsi və ona məxsus torpaqlardan təşkil olunaraq yaşayış məntəqəsinin adı ilə göstərilir. Azərbaycan Respublikasının ərazi quruluşunu Azərbaycan Respublikasının ərazisində yerləşən rayon, şəhər, qəsəbə və kənd statusuna malik olan ərazi vahidləri təşkil edir. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü isə hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı inzibati ərazi dairələri təşkil edir.
Əlaqədar təsnifatlar  Bələdiyyələrin statistik ərazi təsnifatı
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Statistik vahidlərin Dövlət reyestri; Əhali statistikası; Əmək statistikası; Sosial statistika; Kənd təsərrüfatı statistikası; Sənaye və tikinti statistikası; Qiymət statistikası; Energetika və ətraf mühit statistikası; Ticarət statistikası; Xidmət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi: https://www.stat.gov.az/menu/5/classifications/source/Inzibati-5.02.2024.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)