Təsnifatlara dair metaməlumatlar
 
Ümumi təsvir
Təsnifatın tam adı  Mülkiyyət növlərinin statistik təsnifatı
Abreviatura  MNST
Hazırlayan təşkilat  Dövlət Statistika Komitəsi
Hüquqi əsas Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 29 iyun 2001-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir; Azərbaycan Respublikası Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin 43 nömrəli 05 iyul 2001-ci il tarixli əmri ilə təsdiq edilmişdir.
Tətbiq edilmə tarixi  01.08.2001
Əvvəlki versiya  Mülkiyyət növlərinin statistik təsnifatı (1-ci versiya)
Strukturu  Mülkiyyət növlərinin statistik təsnifatı iki hissədən ibarət olmaqla, kod və ad hissələrinə bölünür: 1.Dövlət mülkiyyəti 2.Xüsusi mülkiyyət 3.Bələdiyyə mülkiyyəti 4.Xarici mülkiyyət 5.Birgə (xarici qarışıq) mülkiyyət 6.Beynəlxalq təşkilatların mülkiyyəti
Qısa təsviri  Bu təsnifat 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə istinad edilərək hazırlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının I bölməsinin II fəslinin 13-cü maddəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Yerli xüsusiyyətləri və respublikamızda iqtisadiyyatın müxtəlif sahələrinə qoyulan çoxsaylı xarici investisiyaları nəzərə alaraq statistik məqsədlər üçün təsnifatda mülkiyyət növlərinə daha 3 növ-xarici mülkiyyət, birgə (xarici qarışıq) mülkiyyət və beynəlxalq təşkilatların mülkiyyəti əlavə edilmişdir.
Əlaqədar təsnifatlar  -
Təsnifat ailəsi  Digər
Tətbiq sahəsi Statistik vahidlərin Dövlət reyestri; Əmək statistikası; Sosial statistika; Sənaye və tikinti statistikası; Ticarət statistikası; Xidmət statistikası.
Təsnifatın əldə edilmə mənbəyi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi:https://www.stat.gov.az/menu/5/classifications/source/Mulnov_st.pdf
Dil  Azərbaycan dili
Cavabdeh təşkilatın adı və ünvanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti, 81.
Təşkilatın məsul struktur bölməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi, Metaməlumatlar və təsnifatlar sektoru
Əlaqə üçün məsul şəxs Vüqar Məmmədəlizadə; Lalə Salamzadə
Əlaqə üçün məsul şəxsin e-poçtu  vugar.mammadalizade@stat.gov.az; lala.salamzade@stat.gov.az
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi Tel.: (+994 12) 377-10-70 (22-01); (+994 12) 377-10-70 (22-56)