Əmək bazarı

Məşğulluq xidmətlərinə müraciət edən əhalinin işlə təmin edilməsi və işsizlik

1. Məşğulluq xidməti orqanlarının əsas göstəriciləri
2. İşsizlərin işdən çıxma səbəbləri üzrə bölgüsü
3. 2006-cı ildə əhalinin dövlət məşğulluq xidməti orqanları tərəfindən işlə təmin edilməsi
4. İqtisadiyyatın sahələri və iqtisadi fəaliyyət növləri üzrə boş iş yerlərinin (vakant vəzifələrin)tutulması üçün işçi qüvvəsinə olan tələbat
5. Məşğulluq xidmətində işsiz statusu alan şəxslərin yaş qruplarına, cinsinə, təhsil səviyyəsinə görə bölgüsü
6. 2006-cı ildə işsizliyə görə müavinətin orta məbləği

Metodoloji izahlar

İşlə təmin edilməsi üçün məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların sayı və tərkibi iş yerlərində ixtisara düşəcəklərinin gözlənilməsi, bağladıqları iş müqaviləsinin müddətinin qurtarması və ya əsas işdən boş vaxtlarında işləmək arzusunda olmaları ilə əlaqədar müraciət edənlər və digər şəxslər də daxil olmaqla işə düzəlmək üçün müraciət edənlərin ümumi sayını xarakterizə edir.
Məşğulluq xidmətinin qeydiyyatında olan əmək fəaliyyəti ilə məşğul olmayanların sayı. Bu saya qeyri-məşğul əhalinin sayından işə düzəlmək məqsədilə məşğulluq xidmətinə müraciət etmiş və qeydiyyata alınmış əmək qabiliyyətli vətəndaşlar aid edilir.
Məşğulluq xidməti orqanlarında qeydə alınmış işsizlərin sayı və tərkibi. Bu göstərici rəsmi işsizliyin (müəyyən olunmuş qaydada işsiz hesab edilənlərin sayı) miqyasını səciyyələndirir.
İşsizlər milli qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış (əmək qabiliyyətli aşağı yaş həddi 15 yaş idi), baxılan dövrdə işi olmayan (gəlir gətirən məşğuliyyəti), məşğulluq xidmətinin köməyilə, yaxud müstəqil olaraq iş axtaran və dərhal, ya da milli qanunvericiliklə müəyyən olunmuş dövr ərzində işə başlamağa hazır olan şəxslərdir. İşsizlərin tərkibi onların işdən çıxma (çıxarılma) səbəblərinə, təhsilə, cinsə, yaşa və digər əlamətlərə görə quruluşunu səciyyələndirir.
İşsizliyə görə müavinət alanların sayı. İşsizliyə görə müavinət 15 yaşına çatmış, məşğulluq xidmətində qeydə alınmış və işsiz statusu olan vətəndaşlara verilir. Müavinət işsiz sayılanların sayından təklif olunmuş işdən əsassız imtina edənlərə, yenidən qeydə alınma rejiminə əməl etməyənlərə, fırıldaq yolu ilə müavinət alanlara və s. səbəblər üzündən müavinət almaq hüququnu itirmiş vətəndaşlara verilmir.
İşsizliyə görə müavinətin orta ölçüsü işsizlər tərəfindən hesabat dövründə faktiki olaraq alınmış məbləğin cəminin həmin işsizlərin sayına bölünməsi ilə müəyyən edilir.
İşsizlərin işsizliyin müddətinə görə bölüşdürülməsi. İşsizliyin müddəti işsiz şəxsin iş axtardığı dövrün müddəti ilə müəyyən edilir.
Məşğulluq xidmətinin göndərişi ilə peşə hazırlığı keçmiş qeyri-məşğul əhalinin sayı. Məşğulluq xidmətinin göndərişi ilə müxtəlif tipli tədris müəssisələrində peşə hazırlığı keçmiş şəxslərin sayı nəzərdə tutulur.
İşçilərə olan tələbatla bağlı müəssisələrin məşğulluq xidmətinə verdiyi məlumata uyğun olaraq işçi qüvvəsinə olan təlabat, yəni müəssisələrin məşğulluq xidmətinə məlumat verdiyi boş oş yerlərinin (vakant vəzifələrin) sayı müəyyən edilir.
İşlə təmin edilmiş vətəndaşların sayı məşğulluq xidmətinin vasitəçiliyi ilə işə düzəldilmiş şəxslərdir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi