Əmək bazarı

Əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclər

1. Respublikada müəyyən edilmiş minimum əmək haqqının ölçüləri
2. İqtisadiyyatda aylar üzrə orta aylıq nominal əmək haqqı
3. İqtisadiyyatın sahələri üzrə orta aylıq nominal əmək haqqı
4. İqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqının səviyyəsi
5. Sənayenin iqtisadi fəaliyyət növləri üzrə çalışan işçilərin orta aylıq əmək haqqı
6. Əhalinin nominal və real pul gəlirləri
7. İqtisadi fəaliyyət növləri üzrə 2005-ci və 2006-cı ilin noyabr ayını tam işləmiş işçilərə hesablanmış əmək haqqının ölçülərinə görə bölgüsü
8. 2005-ci və 2006-cı ildə işçi qüvvəsinin saxlanmasına çəkilən xərclər
9. 2006-cı ilin oktyabr ayında işçilərin peşələr və vəzifələr üzrə orta aylıq əmək haqqı

Metodoloji izahlar

Əmək haqqı fondu qanunvericiliyə müvafiq olaraq işlənilmiş və işlənilməmiş vaxta (hər il verilən məzuniyyət, bayram günləri və s.) görə işçilərə verilən pul məbləğləri də daxil edilməklə, maliyyələşdirmə mənbəyindən asılı olmayaraq pul və ya natura şəklində hesablanmış bütün qazanc növlərini, habelə müxtəlif mükafatları, əlavələri, artırmaları və s. əhatə edir.
Muzdlu işçilərin əmək haqqı işəgötürənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzdlu işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. O, hesablanmış məbləğ əsasında, yəni vergilər və tutulan digər məbləğlər çıxılmadan hesablanır.
Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq pul və ya natura şəklində hesablanmış bütün qazanc növlərini, habelə müxtəlif mükafatları, əlavələri və sosial güzəştləri əhatə edir. O, aşağıdakı mükafat növlərini və əlavələri özündə birləşdirir:
- görülmüş işə (işlənmiş vaxta) görə günəmuzd qiymətlər, tarif məvacibi, vəzifə maaşı və ya gəlirdən faizlər, mənfəətdən paylar ilə hesablanmış əmək haqqı;
- həvəsləndirici ödəmələr (mükafatlar, tarif məvaciblərinə və maaşlarına əlavələr);
- iş rejimi və əmək şəraiti ilə əlaqədar olan kompensasiya xarakterli ödəmələr (əmək haqqının rayon tənzimləməsi ilə şərtləndirilən ödəmələr, xüsusi şəraitdə işə görə əlavə ödəmələr, ezamiyyət ilə əlaqədar verilən gündəlik xərclər, istirahət və bayram günlərində işləməyə görə ödəmələr və s.);
- qanunvericiliyə uyğun olaraq işlənmiş vaxta görə ödəmə (məsələn, hər il verilən və əlavə məzuniyyətlərə görə ödəmə, istifadə edilməyən məzuniyyətə görə pul kompensasiyası, yeniyetmələrin güzəştli saatlarına görə ödəmə, işçinin günahı üzündən olmayan boşdayanmalara görə ödəmə və s.);
- faizli haqq və ya komisyon haqqı;
- ixtisasartırma və kadrların yenidən hazırlanması sistemində işdən ayrılmaq şərti ilə təhsil alarkən işçilərə verilən əmək haqqı;
- işçinin günahı üzündən olmadığı təsdiq olunan zay məhsulun (işlərin, xidmətlərin) istehsalına görə haqqı;
- müəssisədə istehsalat təcrübəsi kecən tələbə və şagirdlərə verilən əmək haqqı;
- xüsusi müqavilələr əsasında müəssisədə işləməyə cəlb edilmiş, əvəzçilik yolu ilə digər müəssisə və təşkilatlardan işə qəbul olunmuş şəxslərə verilən əmək haqqı;
- yeməkxanalarda, bufetlərdə, profilaktoriyalarda işçilərin yeməyinin dəyərinin artmasına görə kompensasiya, habelə məktəbəqədər uşaq müəssisələrində, sanatoriyalarda və sağlamlıq düşərgələrində yerləşən uşaqlara verilən kompensasiya;
- ev qulluqçusunun əmək haqqı;
- çay pulu.
Minimum əmək haqqı – bütün işləyənlər üçün dövlət tərəfindən müəyyən vaxta qəbul edilmiş minimum əmək haqqıdır. Vətəndaşların rifahını daha da yaxşılaşdırmaq və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirmək məqsədilə minimum əmək haqqına il ərzində mütəmadi olaraq baxılır.
Orta aylıq nominal əmək haqqı hesablanmış əmək haqqı fondunun (vergilər çıxılmamaqla) orta kəmiyyətlərin hesablanması üçün qəbul edilmiş işçilərin sayına bölünməsi ilə müəyyən edilir.
Real əmək haqqı nominal əmək haqqının alıcılıq qabiliyyətini əks etdirir. Real əmək haqqının indeksi nominal əmək haqqının indeksinin istehlak qiymətlərinin indeksinə bölünməsi yolu ilə müəyyən edilir.
İşçi qüvvəsinin saxlanmasına çəkilən digər xərclərə - əmək haqqı (pul və natura formasında), habelə ona edilən əlavələr, qanunvericiliyə uyğun olaraq müəssisənin işçilərinin mənzil xərcləri, qidalanmanın və ərzaqların dəyəri, müxtəlif sağlamlıq tədbirləri daxildir.Eyni zamanda, bu xərclərə, dövlət sosial sığorta fonduna ödəmələr, kadrların peşə hazırlığı və yenidən hazırlanmasına çəkilən xərclər, mədəni-məişət xidmətlərinə və əməyin dəyəri kimi baxılan vergilər (işçilərin faktiki əmək haqqı xərcləri, onların normallaşdırılmış səviyyəsi ilə müqayisəsindən artıq məbləğindən tutulan vergilər) daxil edilir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi