Əmək bazarı

İşçi qüvvəsinin hərəkəti və əmək şəraiti

1. İqtisadiyyatda işçi qüvvəsinin hərəkəti
2. 2005-ci və 2006-cı illərədə işçi qüvvəsinin hərəkəti
3. Müəssisə və təşkilatlarda işçilərin işdən çıxma səbəbləri
4. 2005-ci və 2006-cı illərədə iqtisadiyyatın sahələri üzrə əlverişsiz əmək şəraitində çalışan kişi və qadınların sayı
5. 2005-ci və 2006-cı illərədə əlverişsiz əmək şəraitində çalışan işçilərin istehsala təsir edən amillərin növlərinə görə bölgüsü
6. Əlverişsiz əmək şəraitində işləyənlərin sayı
7. 2005-ci və 2006-cı illərədə əlverişsiz əmək şəraitində çalışan qadınların istehsala təsir edən amillərin növlərinə görə bölgüsü
8. Əlverişsiz əmək şəraitində işləməyə görə güzəşt və kompensasiyalar müəyyənləşdirilmiş şəxslərin işçilərin ümumi sayında xüsusi çəkisi

Metodoloji izahlar
Əməyə dair statistik hesabatlarda müəssisə və təşkilatların əsas fəaliyyətində çalışan işçilərin siyahı tərkibinin dəyişməsini səciyyələndirən işçi qüvvəsinin hərəkəti, yəni işçilərin işə qəbulu və işdən çıxması göstəriciləri nəzərdə tutulmuşdur. İl ərzində işə qəbul olunmaq haqqında əmrlə (sərəncamla) həmin müəssisəyə qəbul olunmuş şəxslər işə qəbul olunanlar sırasına daxil edilirlər. İşdən çıxmış işçilər sırasına işdən çıxma səbəblərindən (başqa müəssisələrə köçürülmə qaydası ilə işdən çıxanlar, təhsil almağa getmək, ordu sıralarına çağırılmaq, təqaüdə çıxmaq və qanunda nəzərdə tutulan başqa səbəblərlə əlaqədar olaraq işdən çıxanlar) asılı olmayaraq həmin müəssisədəki işindən çıxmış və işdən çıxıb getməsi əmrlə (sərəncamla) rəsmiləşdirilmiş bütün işçilər daxil edilirlər.
Əlverişsiz əmək şəraitində çalışan işçilərin sayına zərərli əmək şəraitində, sanitar-gigiyena normaları ilə müəyyən olunmuş kimyəvi maddə və ya sənaye tozunun müəyyən həddə qədər yol verilən qatılıq dərəcəsini, yaxud elementin müəyyən həddə qədər yol verilən səviyyəsini keçən heç olmasa bir zərərli istehsalat amili olan iş yerlərində çalışanlar daxil edilirlər. Ağır fiziki əməklə məşğul olanlar, habelə əməyin təhlükəsizliyi standartları sisteminin tələblərinə cavab verməyən maşın, mexanizm və avadanlıqda işləyənlər də bu göstəriciyə daxil edilirlər.
Əlverişsiz əmək şəraitində işə görə güzəşt və kompensasiya alan işçilərin sayına əlavə məzuniyyət alan, qısaldılmış iş günü üzrə işləyən, pulsuz müalicəvi-profilaktik yemək, süd və başqa ərzaq məhsulları, artırılmış tarif məvacibləri əsasında əmək haqqı, əlverişsiz əmək şəraitinə və əməyin gərginliyinə görə əlavə ödənclər və güzəştli şərtlərlə dövlət pensiyası almaq hüququ verilən işçilər daxil edilirlər.
İstehsalatda travmatizm, bədbəxt hadisələr zamanı əmək qabiliyyətinin bir iş günü yaxud daha çox itirilməsi və ölümlə nəticələnməsi haqda göstəriciləri əks etdirir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi