Əmək bazarı

Məşğulluq

1.Məşğul olan əhalinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü
2. Məşğul olan əhalinin mülkiyyət formaları üzrə bölgüsü
3. MDB ölkələrində məşğul əhalinin sayı
4. İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin sayı
5. Muzdla işləyənlərin sayının iqtisadi fəaliyyət növləri üzrə strukturu
6. Iqtisadiyyatın sahələri və iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən qadınların sayı

Metodoloji izahlar

Bu bölmədə ölkənin əmək bazarını səciyyələndirən əsas göstəricilər: məşğulluq, məşğulluğun növləri, məşğul əhalinin fəaliyyət növləri üzrə bölgüsü, muzdla və muzdsuz işləyənlər və sair məlumatlar öz əksini tapmışdır.
İqtisadiyyatda məşğul olanlara – muzdla işləyənlər (daimi, müvəqqəti, mövsümi, təsadüfi yaxud birdəfəlik işləyənlər), həmçinin muzdsuz işləyənlər aid edilirlər.
Məşğulluğun növləri. İqtisadi fəal əhali məşğulluq növlərinə görə iqtisadiyyatda məşğul olanlara, din xadimlərinə, hərbi qulluqçulara, işsizlərə bölüşdürülür. Həm muzdla (işin daimi, müvəqqəti, mövsümi, təsadüfi və ya birdəfəlik olub-olmamasından asılı olmayaraq), həm də muzdsuz işləyənlər iqtisadiyyatda məşğul olanlara aid edilirlər. Belə olan halda dövlət müəssisə və təşkilatlarında, xüsusi və qarışıq mülkiyyətdə olan müəssisələrdə, ailə kəndli təsərrüfatlarında işləyənlər, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, öz şəxsi təsərrüfatlarında çalışanlar və ayrı-ayrı şəxslərə xidmət edənlər məşğulların sayında nəzərə alınmalıdırlar.
Muzdla işləyənlər mülkiyyət formasından asılı olmayaraq müəssisənin (idarənin, təşkilatın) rəhbəri və ya ayrıca şəxslə əmək fəaliyyətinin şərtləri barədə yazılı əmək müqaviləsi, kontrakt bağlamış və ya şifahi razılaşma əldə edilmiş, bunun əsasında gördüyü işin müqabilində pul və ya natura şəklində haqq (əvəz, muzd) alan şəxsləri özundə birləşdirən çoxsaylı işçilər qrupudur.
Muzdsuz işləyənlər müstəqil olaraq özlərini gəlir gətirən işlə təmin edən şəxslərdir. Muzdlu işçilərin əməyindən istifadə edən sahibkarlar, fərdi əsasda işləyənlər, əməyi ödənilməyən ailə üzvləri onlara aid edilir.
1999-cu ildən başlayaraq ölkədə məşğul olan əhalinin sayı beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistika sisteminə keçilməsi haqqında Dövlət Proqramının tələblərinə uyğun olaraq, İqtisadi fəaliyyət növləri təsnifatı əsasında işlənir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi