|
Müqəddimə
Məcmuə kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların sahə və regionlar üzrə bölgüsünü əks etdirən, hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatları əhatə edir. 2005-2009-cu illərdə kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, ölkə iqtisadiyyatında payı, onların regionlar və fəaliyyət növləri üzrə bölgüsü, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu, maliyyə göstəriciləri haqqında əsas məlumatlar əhatə olunur.
Məcmuədə məlumatlar İqtisadi Fəaliyyət Növləri Təsnifatının 3-cü versiyası əsasında yenidən tərtib olunmuş, əvvəlki illərin məlumatlarına müvafiq düzəlişlər edilmişdir. Bununla yanaşı, “İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 192 nömrəli yeni qərarına uyğun olaraq, kiçik sahibkarlıq subyektlərinin qruplaşdırılması qərarın tələblərinə uyğun olaraq yenidən aparılmışdır.
Qeyd: Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi onlarda çalışan işçilərin sayı və illik dövriyyəsi göstəriciləri əsasında, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri” haqqında 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarına (Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 192 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) müvafiq olaraq aşağıdakı kimi formalaşdırılmışdır: sənaye və tikintidə işçilərinin sayı 50 nəfərdən və illik dövriyyəsi 500 min manatdan, kənd təsərrüfatında işçilərinin sayı 25 nəfərdən və illik dövriyyəsi 250 min manatdan, topdansatış ticarət müəssisələrində işçilərinin sayı 15 nəfərdən və illik dövriyyəsi 1,0 milyon manatdan və iqtisadiyyatın digər sahələrində işçilərinin sayı 10 nəfərdən və illik dövriyyəsi 250 min manatdan az olan kiçik sahibkarlıq subyektləri.
|