Statistik məcmuədə Azərbaycan Respublikasında səhiyyə və sosial təminatın vəziyyətini əks etdirən əsas göstəricilər, həmçinin əhalinin sayı, doğum, ölüm və təbii artım haqqında məlumatlar verilmişdir.
Səhiyyə bölməsində müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsü, sanatoriyalar, pansionatlar və istirahət evləri, doğuş, abort, bədən tərbiyəsi və idmanın inkişafı haqqında məlumatlar əks etdirilmişdir.
Xəstəliklərə dair cədvəllərdə məlumatlar Xəstəliklərin Beynəlxalq Təsnifatının X baxışı (XBT-X) əsasında verilmişdir.
Sosial təminat bölməsində pensiya təminatı, sosial müavinətlər, təqaüdlər, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı, ümumi və ilkin əlillik, qocalar və əlillər üçün internat evlərinin fəaliyyəti, istehsalatda zədələnmə haqqında informasiya əks edilmişdir.