Bölmədə 2000, 2005-2010-cu illərdə Azərbaycan Respublikasında təhsilin, elmin, mədəniyyətin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas göstəricilər verilmişdir.
“Təhsil” bölməsində bölməsində məktəbəqədər təhsil müəssisələri, məktəbdənkənar təhsil müəssisələri, ümumi təhsil, ilk peşə-ixtisas təhsil, orta ixtisas təhsil, ali təhsil müəssisələri və doktorantura haqqında məlumatlar dərc olunub.
“Elm” bölməsinə elmi-tədqiqat və işləmələri yerinə yetirən müəssisələrin, işçilərin sayı və tərkibi,yerinə yetirilmiş elmi-texniki işlərin həcmi, tədqiqat və işləmələrə çəkilən xərclər, tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər haqqında məlumatlar daxil edilmişdir. Məlumatlar sektorlar, müəssisələrin növləri və elmin sahələri üzrə verilmişdir.
“Mədəniyyət” bölməsində bölməsində kütləvi kitabxanalar, klub müəssisələri, muzeylər, teatrlar, konsert təşkilatları, kinoteatrlar, sirk, zoopark, mədəniyyət və istirahət parkları haqqında məlumatlar göstərilmişdir.
Bütün məlumatlar ilin sonuna verilmişdir
Bütün bölmələrdə əsas göstəricilər Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə əks etdirilir