Demoqrafik göstəricilər

Azərbaycanda gadınlar və kişilər

Gender statistikası
1. Əhali
2. Səhiyyə
3. Təhsil və elmi kadrlar
4. Məşğulluq və işsizlik
5. Əhalinin iqtisadi fəallığına dair statistik müayinə
6. Həyat səviyyəsi və sosial təminat
7. Parlament
8. Hüquqpozmalar
9. Beynəlxalq müqayisələr

“Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi mütəmadi olaraq “Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuə hazırlayır və nəşr edir.
“Azərbaycanda qadınlar və kişilər 2009” statistik məcmuə gender bölgüsündə beynəlxalq statistik standartlara uyğunlaşdırılmış şəkildə hazırlanmış və iqtisadçılar, idarəetmə orqanları işçiləri, kütləvi informasiya vasitələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
BMT-nin Əhali Fondu (UNFPA) sağlam həyat və bərabər imkanlar əldə etmək üçün hər bir kişi, qadın və uşağın hüquqlarını təmin etməyə səy göstərən beynəlxalq inkişaf agentliyidir.
Statistik məcmuədə ifadə olunmuş fikirlər BMT-nin Əhali Fondunun, BMT-nin və ya onun qurumlarının rəsmi mövqelərini əks etdirməyə bilər.
Məcmuə Birləşmiş Millətlər Təşkilatınını Əhali Fondunun maliyyə dəstəyi ilə tərtib və nəşr edilmişdir.
Bəzi göstəricilərin əvvəlki nəşrlərlə uyğun gəlməməsi həmin göstəricilərin dəqiqləşdirilməsi ilə əlaqədardır.
Şərti işarələrin izahı:
... məlumatlar işlənilməmişdir
– məlumatlar yoxdur
0 və ya 0,0 istifadə olunan məlumat vahiddən olduqca kiçikdir

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi