Demoqrafik göstəricilər

Azərbaycanın Əhalisi

Əhalinin sayının dəyişilməsi
Əhalinin cins üzrə sayı
Əhalinin yaş qrupları üzrə sayı
Əhalinin milli tərkibi
Əhalinin təhsil səviyyəsi
15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi
Doğulanlar, ölənlər və təbii artım
Doğumun, ölümün və təbii artımın ümumi əmsalları
Cins bölgüsündə əhalinin təbii artımı, doğulanlar və ölənlər
Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı
Şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı
Əhalinin təkrar istehsalının ümumi əmsalları
Əhali arasında ölümün əsas səbəbləri
1 yaşa qədər ölən körpələrin sayı və körpə ölümünün əmsalları
1 yaşa qədər ölən körpələr arasında ölümün əsas səbəbləri
Cins bölgüsündə yaş qrupları üzrə ölənlərin sayı
Cins bölgüsündə yaş qrupları üzrə ölümün ümumi əmsalları
Ana ölümü. Doğulanda gözlənilən ömür uzunluğu
Rəsmi qeydə alınmış nikah və boşanmaların sayı
Rəsmi qeydə alınmış nikah və boşanmaların ümumi əmsalları
Rəsmi qeydə alınmış nikaha daxil olanların orta yaşı
Ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü
Əhalinin beynəlxalq miqrasiyası
Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonları
Əhalinin 2012-ci ilin əvvəlinə olan sayına görə rayonların, şəhər yerlərinin və kənd yaşayış məntəqələrinin qruplaşdırılması
Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonlarının əhalisinin sayı, sıxlığı və inzibati ərazi bölgüsü
2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı
2011-cu ildə Azərbaycan Respublikasının iqtisadi və inzibati şəhər və rayonları üzrə əhalinin orta illik sayı/A>
2011-cu ildə iqtisadi və inzibati şəhər və rayonlar üzrə cins bölgüsündə əhalinin təbii artımı, doğulanlar və ölənlər
2011-cu ildə iqtisadi və inzibati şəhər və rayonlar üzrə cins bölgüsündə əhalinin təbii artımının, doğumun və ölümün ümumi əmsalları
2011-cu ildə iqtisadi və inzibati rayonlar üzrə 1 yaşa qədər ölən körpələrin sayı
2011-cu ildə iqtisadi və inzibati rayonlar üzrə körpə ölümünün əmsalları
2011-cu ildə iqtisadi və inzibati rayonlar üzrə rəsmi qeydə alınmış nikah və boşanmaların sayı və ümumi əmsalları
Beynəlxalq müqayisələr
Dünya ölkələri üzrə bəzi demoqrafik göstəricilər


Əhali haqqında məlumatların əldə edilməsi üçün ilk mənbə əhalinin siyahıyaalınmalarıdır.
Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalmasının yekunları əsasında aparılır və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmadan sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq dəqiqləşdirmələr aparılır.
Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri sayılır.
Təhlilin məqsədindən asılı olaraq müxtəlif yaş qruplarından istifadə olunur.
Əhalinin orta illik sayı – müvafiq ilin əvvəlinə və sonuna olan əhalinin sayının riyazi yolla hesablanmış orta sayıdır.
Yaş – həyatda tamam olmuş yaşların, bir yaşdan kiçik uşaqlar üçün – ayların, 1 aylığa qədər uşaqlar üçün isə – günlərin sayıdır. Yaş tərkibi haqqında məlumatlar siyahıyaalınmalar zamanı sorğu yolu ilə əldə edilir. Bu məlumatlar ayrı-ayrı yaşlar üzrə X yaşdan X+1 yaşadək əhalinin sayının hərəkəti metoduna uyğun cari hesablamalar yolu ilə müəyyən edilir. Demoqrafik hadisələrin cari qeydiyyatına dair məlumatlar hesablamalar zamanı nəzərə alınır.
Doğulanlar və ölənlər haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən doğum və ölüm haqqında aktlarda olan məlumatların statistik cəhətdən hər ay təhlil edilməsi əsasında əldə edilir. Doğulanların sayına yalnız diri doğulanlar daxil edilir.
Əhalinin təbii artımı – təqvim ilində diri doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir.
Doğumun ümumi əmsalı – uşaq doğumunun intensivliyini müəyyən edən göstəricidir, müəyyən bir müddətdə diri doğulanların sayının əhalinin orta illik sayına nisbəti ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Ölümün ümumi əmsalı – əhali arasında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində, müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Təbii artımın əmsalı – əhalinin təbii artımı nisbi göstəricilərlə də səciyyələndirilə bilər. Əhalinin təbii artımının əhalinin orta illik sayına bölünməsi ilə və ya doğumun və ölümün ümumi əmsallarının fərqi ilə əhalinin hər 1000 nəfərinə hesablanır.
Ümumi nəsilvermə (fertillik) əmsalı – ümumi nəsilvermə əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.
Bu əmsal doğumun yaş əmsallarının hər yaş intervalının uzunluğuna vurulub toplanmaq yolu ilə hesablanır (bir illik əmsallar üçün vuruq birə, beş illik əmsallar üçün beşə və s. bərabərdir). Nəticədə cəm 1000-ə bölünür, yəni bu göstərici orta hesabla bir qadın üçün hesablanır.
Brutto-təkrar istehsal əmsalı – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayını və doğulan uşaqların müəyyən vaxtdan sonra yeni valideyn nəsli ilə əvəz edilməsini göstərir. Bu göstəricinin hesablanmasında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir.
Əhalinin təkrar istehsalının brutto-əmsalı doğumun nəsilvermə əmsalı kimi hesablanır, lakin ondan fərqli olaraq hesablamada yalnız qızlar nəzərə alınır.
Adətən doğulan qızların xüsusi çəkisi qadınların bütün yaşlarında təqribən 0,488-ə bərabər götürülür.
Netto-təkrar istehsal əmsalı – brutto-təkrar istehsal əmsalından fərqli olaraq, netto təkrar istehsal əmsalının hesablanmasında ölüm amili nəzərə alınır (həyat cədvəllərindən istifadə olunur). Netto təkrar istehsal əmsalı ana nəslinin qızların analıq yaşına çataraq yeni nəsil ilə əvəz olunmasını xarakterizə edir. Adətən əmsal orta hesabla bir qadın üçün hesablanır. Bu göstərici 1000 qadın üçün də hesablana bilər.
Əgər bu əmsal 1,0-ə bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Əgər netto-təkrar istehsal əmsalı 1,0-dən az və ya çoxdursa, bu o deməkdir ki, əhalinin təkrar istehsalı daralmış (yəni uşaq nəslinin sayı valideyn nəslinə nisbətən azlıq təşkil edir) və ya geniş (sayca uşaq nəsli valideyn nəslinə nisbətən çoxluq təşkil edir) təkrar istehsaldır.
Körpə ölümünün əmsalı – bir yaşadək (0 yaşda) körpələrin ölümünü səciyyələndirir. Körpə ölümünün səviyyəsi ölümün ümumi əmsalından fərqli olaraq bir yaşadək körpələrin ölüm hallarının onların orta illik sayına nisbəti kimi deyil, diri doğulanların ümumi sayına nisbəti ilə hesablanır.
Belə hesablama həmçinin 5 yaşadək (0-4 yaş qrupu) ölən uşaqlar üçün də şamil olunur və uşaq ölümünün səviyyəsini müəyyən edir.
Ölümün səbəbləri haqqında informasiya mənbəyi ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd, və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlərdən ibarətdir.
Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.
Ölümün səbəblərinə görə ölüm əmsalları – göstərilən ölüm səbəblərindən il ərzində ölənlərin sayının bu yaşda əhalinin orta illik sayına bölünməsi yolu ilə təyin edilir. Ölümün ümumi və yaş əmsallarından fərqli olaraq, əhalinin 100 min nəfərinə, 1 yaşadək körpələr üçün isə 10 min nəfər diri doğulana görə hesablanır. Əhalinin yaş tərkibində müxtəlifliyin təsirini aradan qaldırmaq üçün ölümün standartlaşdırılmış əmsalları hesablanır.
Doğulanda gözlənilən ömür uzunluğu (0 yaş üçün) – doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada doğulanların bütün ömrü boyu ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.
Nikah - kişi və qadının bir-birinə və uşaqlara qarşı hüquq və vəzifələrini müəyyənləşdirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir.
Əhalinin təbii hərəkətinin cari statistikası yalnız hüquqi cəhətdən qeyd olunmuş nikahları nəzərə alır. Əhalinin siyahıyaalınmasında isə rəsmi qeydə alınıb-alınmamasından asılı olmayaraq, faktiki nikahda olanlar hesaba alınır.
Nikahın ümumi əmsalı – qeydə alınmış nikahların sayının əhalinin orta illik sayına olan nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Boşanma (nikahın pozulması) – birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur.
Boşanmanın ümumi əmsalı – göstərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Əhalinin miqrasiyası haqqında məlumatlar daxili işlər orqanlarından təqdim olunan əhalinin yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması zamanı tərtib edilən gəlmə və getməyə dair statistik uçot sənədlərinin işlənməsi nəticəsində əldə edilir və yalnız ölkəyə daimi yaşamaq üçün gələnləri, həmçinin də ölkəni daimi yaşamaq üçün tərk edənlər haqqında məlumatları əks etdirir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi