Demoqrafik göstəricilər

Azərbaycanda uşaqlar

1. Demoqrafik göstəricilər
2. Məktəbəqədər tərbiyə müəssisələri. Təhsil
3. Əhalinin yaşayışı üçün maddi şəraitlər
4. Müalicəvi-profilaktik yardımlar. Sosial təminat
5. Xəstəliklər və ölüm
6. Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq
7. İqtisadi rayonlar üzrə məlumatlar

Statistik məcmuədə 1990-2006-cı illərdə Azərbaycan Respublikasında nəslin dəyişməsi prosesini səciyyələndirən demoqrafik göstəricilər, həmçinin məktəbəqədər tərbiyənin və təhsilin səviyyəsinə, müalicəvi profilaktik yardımların vəziyyətinə, yetkinlik yaşına çatmayanların əxlaqına bilavasitə təsir edən əhalinin sosial-iqtisadi şəraiti haqqında bəzi məlumatlar verilmişdir.
Məcmuə aşağıdakı bölmələrdən ibarətdir: Demoqrafik göstəricilər; Məktəbəqədər tərbiyə müəssisələri; Təhsil; Əhalinin yaşayışı üçün maddi şəraitlər; Müalicəvi-profilaktik yardımlar; Sosial təminat; Xəstəliklər və ölüm; Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq; İqtisadi rayonlar üzrə məlumatlar.
Doğulanlar, ölənlər və təbii artım haqqında məlumatlar, eləcə də məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və uşaq xəstəlikləri haqqında göstəricilər ölkənin iqtisadi rayonları üzrə də əks etdirilmişdir.
Cədvəllərdə məlumatlar Yuxarı Qarabağda yalnız azərbaycanlılar üzrədir.
Respublikanın şəhər və rayonlarında məskunlaşmış məcburi köçkün ailələrində doğulanlar, ölənlər, nikaha daxil olanlar, boşanmalar, eləcə də xəstələnənlər və s. haqqında məlumatların bir qismi və ya bəzi rayonlar üzrə hamısı, müəyyən çətinliklərlə əlaqədar olaraq, işğal ərazilərinin deyil, məskunlaşma ərazilərinin müvafiq məlumatlarına aid edilmişdir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi