|
Metodoloji izahlar
Azərbaycan Respublikası ilə MDB dövlətləri və digər xarici dövlətlər arasında miqrasiya haqqında məlumatlar əhalinin yaşayış yerinə görə qeydiyyatı zamanı tərtib olunan və daxili işlər orqanlarından daxil olan gəlmə və getmə haqqında statistik uçot sənədlərinin işlənməsi nəticəsində əldə edilir.
Gələnlər – daimi yaşayış üçün ölkəyə giriş icazəsi almış şəxslərin sayı, gedənlər isə – daimi yaşamaq üçün ölkədən getmək icazəsi almış şəxslərin (Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil edilməklə) sayı deməkdir.
«Gələnlər» və «gedənlər» anlayışları miqrasiyanı bəzi şərtiliklə xarakterizə edir, çünki eyni şəxs daimi yaşayış yerini il ərzində bir neçə dəfə dəyişə bilər.
Miqrasiya artımı əmsalı – miqrasiya artımının cari qiymətləndirmə üzrə daimi əhalinin orta illik sayına nisbətidir. Təqvim ilində olan miqrasiya artımının əhalinin orta illik sayına olan nisbətidir. Ümumi əmsallar kimi əhalinin hər 1000 nəfərinə hesablanır.
|