|
Metodoloji izahlar
Nikah və boşanmalar haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən nikahın bağlanması və pozulması haqqında müvafiq aktlarda olan məlumatların statistik cəhətdən işlənib hazırlanması nəticəsində əldə edilir.
Azərbaycanda ailə qurmaq üçün qanunla müəyyənləşdirilmiş minimum yaş həddi kişilərdə 18, qadınlarda isə 17 yaşdır.
Nikah tarixi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən qeydiyyatdan keçmə tarixi hesab edilir. Nikahın pozulması qeydiyyatdan keçirildiyi andan pozulmuş hesab edilir.
Nikah - kişi və qadının bir-birinə və uşaqlara qarşı hüquq və vəzifələrini müəyyənləşdirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir.
Əhalinin təbii hərəkətinin cari statistikası yalnız hüquqi cəhətdən qeyd olunmuş nikahları nəzərə alır. Əhalinin siyahıyaalınmasında isə rəsmi qeydə alınıb-alınmamasından asılı olmayaraq, faktiki nikahda olanlarda hesaba alınır.
Nikahın ümumi əmsalı – qeydə alınmış nikahların sayının əhalinin orta illik sayına olan nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Boşanma (nikahın pozulması) – birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur.
Boşanmanın ümumi əmsalı – gös¬tərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əha¬linin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
|