Demoqrafik göstəricilər

4. Ölüm
Metodoloji izahlar

Ölümün ümumi əmsalı – əhali ara¬sında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilin¬də, müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Ölümün yaş əmsalları – təqvim ili ərzində müəyyən yaşda (yaş qrupunda) ölənlərin sayının həmin yaşdakı (yaş qrupundakı) əhalinin orta illik sayına nisbəti kimi hesablanır.
Körpə ölümünün əmsalı – bir yaşadək (0 yaşda) körpələrin ölümünü səciyyələndirir. Körpə ölümünün səviyyəsi ölümün ümumi əmsalından fərqli olaraq bir yaşadək körpələrin ölüm hallarının onların orta illik sayına nisbəti kimi deyil, diri doğulanların ümumi sayına nisbəti ilə hesablanır.
Belə hesablama həmçinin 5 yaşadək (0-4 yaş qrupu) ölən uşaqlar üçün də şamil olunur vəuşaq ölümünün səviyyəsini müəyyən edir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi