|
Metodoloji izahlar
Doğumun ümumi əmsalı – bütün əhaliyə nisbətən uşaq doğumunun intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində diri doğulanların sayının əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Doğumun yaş əmsalları müəyyən yaşda (yaş qrupunda) olan qadınlarda tərəfindən təqvim ili ərzində diri doğulan sayının müvafiq yaşda (yaş qrupunda) olan qadınların orta illik sayına nisbəti kimi hesablanmışdır.
Doğum zamanı ananın orta yaşı – doğum zamanı ananın orta yaşı cari ildə uşaq doğan bütün qadınların yaşlarının riyazi orta qiymətinin doğumun yaşlara görə əmsalına vurulması ilə hesablanır. Praktiki olaraq, ananın orta yaş göstəricisi təxminən daimi əhali nəsli¬nin orta uzunluğuna bərabərdir. Bu modelin xarakteristikası kimi ananın orta yaşı əhalinin təkrar istehsalının netto-əmsalı və daimi əhalinin orta illik artım əmsalı ilə funksional asılılığı var.
Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulanlar – Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində rəsmi nikahları qeyd olunmamış qadınlar tərəfindən doğulan uşaqlardır. Uşağın doğulması haqqında qeydiyyat aktlarında ata haqqında məlumatlar ata və ananın birgə ərizəsi, yaxud da atalıq faktının təyin olunması haqqında məhkəmənin qərarı (bu barədə doğum haqqında aktda müvafiq qeydlər edilir) ilə müəyyənləşir və qeydiyyat aparılır. Qeydə alınmamış nikahdan doğulan uşaqların sayının xüsusi çəkisi onların sayının bütün diri doğulan uşaqların sayına nisbəti yolu ilə hesablanır və faizlə ölçülür.
|