Demoqrafik göstəricilər

İnzibati - ərazi bölgüsü, əhalinin sayı və tərkibi

1.Əhalinin sayına görə rayonların və şəhər yerlərinin qruplaşdırılması
2. Əhalinin sayının dəyişilməsi
3. Əhalinin cins üzrə bölgüsü
4. Əhalinin yaş qrupları üzrə bölgüsü
5. Əhalinin cins və yaş qrupları üzrə bölgüsü
6. İqtisadi fəal əhalinin sayı
7. Əhalinin milli tərkibi
8. Əhalinin savadlılıq səviyyəsi
9. Əhalinin təhsil səviyyəsi
İqtisadi rayonlar
10. 1 yanvar 2007-сı il vəziyyətinə Azərbaycan Respublikasının iqtisadi rayonlarının ərazisi, sıxlığı və inzibati ərazi bölgüsü
11. Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə əhalinin sayı
12. Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə əhalinin orta illik sayı
13. 2007-ci ilin əvvəlinə iqtisadi rayonlar üzrə əhalinin sayı

Metodoloji izahlar

Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası, 66 inzibati rayon, 70 şəhər, 239 qəsəbə və 4272 kənd yaşayış məntəqələri daxildir.
Əhalinin sayı və tərkibi haqqında məlumatlar siyahıyaalınma illəri üçün - 1897-ci ildə 9 fevral, 1926-cı ildə 17 dekabr, 1939 və 1979-cu illərdə 17 yanvar, 1959 və 1970-ci illərdə 15 yanvar, 1989-cu ildə 12 yanvar, 1999-cu ildə 27 yanvar vəziyyətinə, 1913, 1917, 1920-ci illər ücün ilin sonuna, digər illər üçün isə – cari qiymətləndirmə 1 yanvar vəziyyətinə hesablanmışdır.
Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalınmasının yekunları əsasında aparılır. Hər il bu ərazidə doğulanların və buraya gələnlərin sayı əhalinin sayına artırılır, ölənlərin və buradan köçənlərin sayı əhalinin sayından çıxılır. Növbəti siyahıyaalınmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmalar-arası dövrdə əhalinin sayı dəqiqləşdirilir.
Cinsə və yaş qruplarına görə əhalinin sayı haqqında məlumat 1926, 1939, 1959-1969-cu illər üçün mövcud əhaliyə görə, 1970–2007-ci illər üçün isə daimi əhaliyə görə verilmişdir.
Yaş intervalları bu intervala daxil olan dəqiq yaşları özündə birləşdirir. Məsələn, «20–24» 20-dən 24 yaş da daxil olmaqla 5 illik yaş intervalını göstərir, yəni dəqiq 20 yaşdan dəqiq 25 yaşadək olan intervaldır.
Şəhər və kənd əhalisi. Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Bu halda qanunvericilikdə müəyyənləşdirilmiş qaydada şəhərlər kateqoriyasına aid edilən yaşayış məntəqələri şəhər yerləri hesab edilir. Qalan bütün yaşayış məntəqələri kənd yerləri sayılır. Şəhər yerlərinə şəhərlər və bütün qəsəbələr aiddir.
Əhalinin təbii artımı doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir. Təbii artım ilkin hesabat məlumatları əsasında hesablanmışdır.
Miqrasiya artımı gələnlər və gedənlərin sayının fərqi kimi hesablanır.
Əhalinin ümumi artımı təbii artımla miqrasiya artımının riyazi cəminə bərabərdir.
Yaşayış məntəqələrinin kateqoriyasının dəyişməsi nəticəsində (qanunvericilik aktları əsasında kənd yerlərinin şəhərə və ya şəhərin kənd yerlərinə dəyişməsi) şəhər və kənd əhalisinin ümumi artımı, təbii artım, miqrasiya artımı və şəhərə (kəndə) köçən əhali sayının riyazi cəminə bərabərdir.
Ümumi, təbii və miqrasiya artımı mənfi işarə ilə də ola bilər.

Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü:
Muxtar Respublika - 1
rayonlar - 66
şəhərlər – cəmi - 70
şəhərlərdə rayonlar - 13
qəsəbələr - 239
kənd ərazi dairələri (keçmiş kənd icra nümayəndəlikləri) -1691
kənd yaşayış məntəqələri - 4272


© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi