<< Mündəricat  

Ticarət, xidmət və turizm

Xarici iqtisadi fəaliyyət
1991-2007-ci illərdə xarici ticarət əlaqələri
2003-2007-ci illərdə ölkələr üzrə idxal
2003-2007-ci illərdə ölkələr üzrə ixrac
2003-2007-ci illərdə əməliyyat növləri üzrə idxal və ixrac
2003-2007-ci illərdə ölkə qrupları üzrə idxal və ixrac
2003-2007-ci illərdə idxalın və ixracın coğrafi quruluşu
2003-2007-ci illərdə nəqliyyat növləri üzrə idxalın və ixracın quruluşu
2003-2007-ci illərdə Beynəlxalq Standart Ticarət Təsnifatı üzrə idxalın və ixracın quruluşu
2003-2007-ci illərdə gömrük idarələri üzrə idxalın və ixracın quruluşu
2003-2007-ci illərdə idxalın və ixracın əmtəə strukturu
2003-2007-ci illərdə əsas malların idxalının və ixracının dinamikası
2003-2007-ci illərdə ərzaq məhsullarının idxalı
2003-2007-ci illərdə neft və neft məhsullarının ixracı
2007-ci ildə mühüm növ məhsulların idxalı
2007-ci ildə mühüm növ məhsulların ixracı

M E T O D O L O G İ Y A

Bu bölməyə Azərbaycan Respublikasının MDB dövlətləri və uzaq xarici dövlətlərlə ticarət əlaqələrinə dair göstəriciləri daxil edilmişdir.
İxrac – ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən gətirilmiş malların ölkə sərhədlərindən kənara göndərilməsidir.
Ölkənin öz istehsalı sayılan mallara, həmçinin ölkəyə gətirilən və təkrar emal olunaraq əsas kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir.
İxracın dəyərinin qiymətləndirilməsi FOB qiymətləri və ya mal ixrac edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin quru sərhədlərinə və ya göndərmə limanına çatdırılması və gəmi bortuna yüklənməsi xərcləri daxil edilir.
İdxal – ölkədə istehlak edilmək üçün, həmçinin təkrar ixrac etmək üçün ölkə sərhədlərindən kənardan mal gətirilməsidir.
İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir.
Xarici ticarət dövriyyəsi – idxal və ixracın həcminin cəmidir.
Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.


© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi