<< Mündəricat  

Ticarət, xidmət və turizm

       Turizm

Turizm müəssisələri

Ölkəyə gələn və ölkədən gedən vətəndaşların sayı haqqında

Mehmanxana, motel və mehmanxana tipli müəssisələr

Mehmanxana və mehmanxana tipli müəssisələrin əsas göstəriciləri

Gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı

Mehmanxana və mehmanxana tipli müəssisələrin mülkiyyət növləri üzrə sayı

Mülkiyyət növləri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin birdəfəlik tutumu

Mülkiyyət növləri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin nömrə fondu

Turistlərin sayının daha çox olduğu dövrdə maksimum istifadə olunan nömrələrin və yerlərin mülkiyyət növləri üzrə sayı

Mülkiyyət növləri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı

Səfərlərin məqsədinə görə yerləşdirilmiş şəxslərin sayı

Səfərlərin məqsədinə görə vətəndaşların sayı

Yaşayış müddətinə görə yerləşdirilmiş şəxslərin sayı

Yaşayış müddətinə görə yerləşdirilmiş şəxslərin ölkə vətəndaşları və xarici vətəndaşlar üzrə sayı

Mülkiyyət növləri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin orta illik siyahı sayı

Mülkiyyət növləri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin ümumi sahəsi

Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlir və xərcləri

Mülkiyyət növləri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlir və xərcləri

Ölkələr üzrə xarici vətəndaşlara təqdim edilmiş gecələmələrin sayı

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici vətəndaşların ölkələr üzrə sayı

Ölkələr üzrə xarici vətəndaşların mehmanxana və mehmanxana tipli müəssisələrə ömrələr üçün ödədiyi məbləğ

Ölkələr üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici vətəndaşlara göstərilmiş digər xidmətlərə görə ödənilmiş məbləğ haqqında

İqtisadi rayonlar üzrə turizmin əsas göstəriciləri

İqtisadi rayonlar üzrə ölkə ərazisində səyahət üçün xidmət göstərilmiş Azərbaycan turistlərinin sayı

İqtisadi rayonlar üzrə əhaliyə satılmış turizm yollayışı blanklarının sayı

İqtisadi rayonlar üzrə ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışı blanklarının sayı

İqtisadi rayonlar üzrə xarici ölkələrə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışı blanklarının sayı

İqtisadi rayonlar üzrə Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış turizm yollayışı blanklarının sayı

İqtisadi rayonlar üzrə satılmış turizm yollayışı blanklarının dəyəri

İqtisadi rayonlar üzrə ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışı blanklarının dəyəri

İqtisadi rayonlar üzrə ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışı blanklarının dəyəri

İqtisadi rayonlar üzrə Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış turizm yollayışı blanklarının dəyəri

İqtisadi rayonlar üzrə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin əldə etdiyi ümumi gəlir

İqtisadi rayonlar üzrə müəssisələrin turizm fəaliyyətindən əldə etdikləri gəlir

İqtisadi rayonlar üzrə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin ümumi xərcləri

İqtisadi rayonlar üzrə müəssisələrin turizm fəaliyyəti üzrə xərcləri

İqtisadi rayonlar üzrə turizm müəssisələrində çalışan işçilərin ümumi sayı

İqtisadi rayonlar üzrə turizm müəssisələrində turizm fəaliyyəti ilə məşğul olan işçilərin sayı

İqtisadi rayonlar üzrə cəmi qəbul edilmiş və göndərilmiş turistlərin sayı

İqtisadi rayonlar üzrə qəbul edilmiş turistlərin sayı

İqtisadi rayonlar üzrə göndərilmiş turistlərin sayı

İqtisadi rayonlar üzrə həyata keçirilmiş tur-günlərin sayı, cəmi

İqtisadi rayonlar üzrə qəbul edilmiş tur-günlərin sayı

İqtisadi rayonlar üzrə göndərilmiş tur-günlərin sayı

İqtisadi rayonlar üzrə mehmanxana, motel və mehmanxana tipli müəssisələrin əsas göstəriciləri

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə birdəfəlik tutum

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə lüks dərəcəli nömrələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə I dərəcəli nömrələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə turist dərəcəli nömrələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə ölkə vətəndaşları üzrə gecələmələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş ölkə vətəndaşlarının sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayı

2010-cu ildə iqtisadi rayonlar üzrə səfərlərin məqsədlərinə görə yerləşdirilmiş şəxslərin sayı

2010-cu ildə rayonlar (şəhərlər) üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş Azərbaycan vətəndaşlarının səfərlərin məqsədləri üzrə sayı

İqtisadi rayonlar üzrə 1-3 gün müddətində yerləşdirilmiş şəxslərin sayı

İqtisadi rayonlar üzrə 4-7 gün müddətində yerləşdirilmiş şəxslərin sayı

İqtisadi rayonlar üzrə 8-28 gün və daha çox müddətdə yerləşdirilmiş şəxslərin sayı

İqtisadi rayonlar üzrə xarici vətəndaşlara təqdim edilmiş gecələmələrin sayı (ölkələr üzrə)

İqtisadi rayonlar üzrə yerləşdirilmiş xarici vətəndaşların sayı (ölkələr üzrə)

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin xərcləri

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin orta illik siyahı sayı

İqtisadi rayonlar üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin yaşayış sahəsi

Dövlət sanatoriyaları, istirahət və turizm bazaları, mədəniyyət ocaqlarının əsas göstəriciləri

M E T O D O L O G İ Y A

Turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir).
Turist - istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir.
Tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan formasıdır.
Turizm yollayışı blankı - ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəddir.
Turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər).
Mehmanxana və mehmanxana tipli müəssisələr- nömrələrinin sayı müəyyən minimum saydan çox olan, vahid rəhbərliyə malik, nömrələrində gündəlik yataqların səliqəyə salınması və sanitar qovşağının yığışdırılması daxil edilməklə, turistlərə müəyyən xidmətlər göstərilən, xidmətlərin və mövcud olan avadanlıqların səviyyəsinə əsasən qrup və kateqoriyalara bölünən müəssisələrdir.
Mehmanxana və mehmanxana tipli müəssisələrin kateqoriya nişanı - müəssisələrin müəyyən kateqoriyayası attestasiya məlumatına uyğun olaraq istehlakçıya və digər maraqlı tərəflərə çatdırmaq üçün səkkizguşəli sərbəst ölçüdə sayı birdən beşə qədər olan ulduzlar dəsti ilə ifadə olunur.
Nömrə fondu. Yerləşdirmə obyektlərində nömrələrin ümumi sayı nəzərdə tutulur. Yerləşdirmə obyektlərində turistlərin müvəqqəti qalması üçün lazımi mebeli, avadanlığı və inventarı olan bir və ya bir neçə otağı olan sahə nömrə adlanır.
Gecələmələr. Nömrə və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını əks etdirir və mehmanxanada gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir. Bu göstərici “il ərzində təqdim edilən çarpayı - sutka” göstəricisi ilə eyni olub hesabat ili ərzində təqdim edilən çarpayıların sayını əks etdirir. Mehmanxanaların orta yüklənmə əmsalı (K) hesabat dövründə gecələmələrin sayının birdəfəlik tutuma nisbəti kimi hesablanır.
 

gecələmələrin sayı
K =----------------------------------------------------------------------- x 100
birdəfəlik tutum x hesabat dövründə günlərin sayı

Yerləşdirilmiş şəxslərin sayı. İl ərzində yollayışla və yollayışsız gələn şəxslərin mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilməsidir. Yerləşdirilmiş şəxslər mehmanxana və mehmanxana tipli müəssisələrdə səfərlərin məqsədlərinə, müddətinə və nəqliyyat vasitələrinə görə təsnifləşir.



© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi