<< Mündəricat  

Ticarət, xidmət və turizm

Malların və xidmətlərin istehlak bazarı

Əmtəə bazarı

İqtisadi rayonlar üzrə əmtəə bazarı

Mehmanxana, motel və gəlmələr üçün yerlərin maliyyə - təsərrüfat fəaliyyətinin əsas göstəriciləri

Pullu xidmətlər bazarı

İqtisadi rayonlar üzrə pullu xidmətlər bazarı

Ticarət və xidmət sahəsinin digər iqtisadi göstəriciləri

Qrafiklər

Metodologiya

Pərakəndə əmtəə dövriyyəsi- əmtəələrin tədavül sferasından şəxsi istehlak sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.
İaşə əmtəə dövriyyəsi- iaşə şəbəkələri vasitəsi ilə kulinariya məhsulları, xörəklər, yarımfabrikatlar, həmçinin aşbazlıq emalından keçməmiş digər əmtəələrin əhaliyə satışını əks etdirir.
Topdansatış əmtəə dövriyyəsi- əmtəələrin böyük həcmlə, sonradan əhaliyə satmaq məqsədi ilə (emal edilmədən) bir müəssisədən digərinə satışını əks etdirir.
Əhalinin sifarişi ilə, onun şəxsi tələbatını ödəmək üçün göstərilən və haqqı əhali tərəfindən ödənilən xidmətlər əhaliyə göstərilən pullu xidmətlərə aid edilir.
Fiziki həcm indeksləri- göstəricilərin real həcminin dəyişməsini xarakterizə edir. Hesabat dövründəki göstəricinin baza dövrünün qiymətləri ilə həcminin baza ili üzrə faktiki göstəriciyə faizlə nisbəti kimi hesablanır.
Ticarət şəbəkəsinin mal ehtiyatları ilə təminatını xarakterizə edən qalığın nisbi səviyyəsi-pərakəndə əmtəə dövriyyəsinin qalıq hesabına təmin oluna biləcək ticarət günlərinin sayını əks etdirib, orta birgünlük əmtəə qalığının orta birgünlük əmtəə dövriyyəsinə nisbəti kimi hesablanır.


© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi