|
Statistik məcmuədə Azərbaycan Respublikasında ailələrin əsas xüsusiyyətlərini xarakterizə edən statistik informasiyalar toplanmışdır.
Hazırki məcmuə Azərbaycan Respublikasının yaranması, müstəqilliyini əldə etməsi, müxtəlif beynəlxalq qurumlara daxil olması, inzibati ərazi bölgüsü, coğrafi və əsas iqtisadi göstəriciləri barədə ümumi məlumatların qısa xülasəsi, ailələrin demoqrafik xüsusiyyətləri, sağlamlı-ğın qorunması, məşğulluq və işsizlik, əhalinin həyat səviyyəsi, əhalinin ev təsərrüfatlarının büdcəsi, mənzil şəraiti, təhsil və mədəniyyət, hüquqpozmalar haqqında məlumatları özündə əks etdirir.
“Ailələrin demoqrafik xüsusiyyətləri”bölməsində əhalinin cins və yaş qrupları və regionlar ürzrə sayı, ayrı-ayrı yaş qrupları üzrə hər 1000 kişiyə düşən qadınların sayı, ananın nikah vəziyyətinə görə diri doğulanlar, qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı, regionlar üzrə nikah yaşında olan kişi və qadınların sayı, regionlar üzrə nəsilvermə yaşında olan qadınların sayı, doğum, ölüm, uşaq ölümü, gözlənilən ömür uzunluğü, nikahlar, boşanmalar, ailələrin sayı və tərkibi və s.;
“Sağlamlığın qorunması” bölməsində səhiyyənin, əhalinin xəstəliklər və yaş qrupları üzrə xəstələnməsi, hamilə, doğan və zahı qadınların sağlamlığı, abortların qadınların yaş qrupları üzrə bölgüsü, kontrasepsiya vasitələrindən istifadə, peyvəndlə əhatə olunmuş və fiziki cəhətdən qüsurlu olan uşaqlar, dövlət sanatoriyaları, istirahət və turizm müəssisələri, uşaqlar üçün internat müəssisələri və ölkənin iqtisadi rayonları üzrə verilən ünvanlı dövlət sosial yardımı və s.;
“Məşğulluq və işsizlik” ” bölməsində iqtisadi fəal əhalinin sayı, məşğul olan əhalinin, iqtisadi fəaliyyət növləri və mülkiyyət formaları üzrə bölgüsü və iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin orta illik sayı, iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin ümumi sayında qadınların xüsusi çəkisi və əhalinin dövlət məşğulluq xidməti orqanları tərəfindən işlə təmin edilməsi və s.;
“Əhalinin həyat səviyyəsi” ” bölməsində əhalinin pul gəlirləri və xərcləri, əhalidən cəlb olunmuş əmanətlər, iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əmək haqqı, pensiyaçıların sayı və təyin olunmuş aylıq pensiyaların orta məbləği, əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı yardımlar, müavinətlər və s.;
“Ev təsərrüfatlarının büdcəsi”” bölməsində ev təsərrüfatlarının sayı, ölçüsü, adambaşına pul gəlirləri və pul gəlirlərinin quruluşu, əhalinin istehlak xərcləri, əhalinin alıcılıq qabiliyyəti, şəhər və kənd yerləri üzrə gəlirlər və onun quruluşu, ev təsərrüfatlarının tipinə və ölçüsünə görə gəlirlərin quruluşu, ev təsərrüfatı başçısının cinsinə görə gəlirlər, şəhər və kənd yerləri üzrə ev təsərrüfatının adambaşına aylıq gəlirə görə bölgüsü, şəhər və kənd yerləri üzrə istehlak xərcləri və onun quruluşu, ev təsərrüfatı başçısının cinsinə görə istehlak xərclərinin quruluşu, ərzaq məhsullarının adambaşına istehlakı, istehlak olunmuş ərzaq məhsullarının kimyəvi tərkibi və kaloriliyi, ev təsərrüfatlarının yaşadığı mənzillərin ölçüsünə, otaqların sayına görə bölgüsü, ailə üzvlərinin sayına görə ev təsərrüfatlarının yaşadığı mənzillərin ölçüsü və mülkiyyət formasına görə bölgüsü, ev təsərrüfatlarının abadlıq şəraiti və təchizatı, yaşayış evlərinin tipinə görə ev təsərrüfatlarının mənzil şəraiti və ev təsərrüfatlarının üzvlərinin sağlamlıq vəziyyətinin xarakteristikası və s.;
“Əhalinin mənzil şəraiti” bölməsində mülkiyyət formaları üzrə yaşayış evlərinin istifadəyə verilməsi, mənzil fondu, yaşayış evlərinin sayı, mənzil fondunun özəlləşdirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, mənzil fondunun abadlığı, qaz, su və istilik enerjisi ilə təmin edilməsi, ev təsərrüfatlarının yaşadığı binanın növünə, mənsubiyyətinə, sahəsinə, yaşayış otaqlarının sayına və abadlığına görə bölgüsü və s.;
“Təhsil və mədəniyyət” ” bölməsində təhsilin əsas göstəriciləri, dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri və gündüz ümumtəhsil məktəbləri, onlarda şagirdlərin sayı, dərslərin növbəliyi, dövlət və qeyri-dövlət orta ixtisas təhsil müəssisələri, ali məktəbləri, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri, kitabxanaları, klub müəssisələrində uşaq dərnəkləri və kollektivləri, teatrların və muzeylərin fəaliyyəti və s.;
“Hüquqpozmalar” bölməsində qeydə alınmış cinayətlər, cinayət törətmiş şəxslərin tərkibi, ayrı-ayrı kateqoriyalar tərəfindən törədilmiş və təhqiqatı bitmiş cinayətlər, 14-17 yaşlı uşaqların işləri üzrə müfəttişliklərdə qeydiyyatda olanlar, əsas cinayət növləri üzrə 14-17 yaşlı məhkumlar, cinayət törətmiş qadınlar və s.;
Məcmuənin nəşr edilmə müddəti – oktyabr ayında.
Qiyməti 26 manat.
|