|
Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim
edilməsi Qaydası
Hörmətli respondent!
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi informasiya texnologiyalarının imkanlarından istifadə etməklə respondentlərin işini asanlaşdırmaq, onların üzərinə düşən informasiya yükünü, hesabat formasının tərtibinə və onun yerli statistika orqanlarına təqdim olunmasına sərf etdikləri vaxtı azaltmaq məqsədilə hesabatların elektron formada təqdim olunmasını təklif edir.
Siz bu xidmətlərdən istifadə etməklə hesabatları öz ofisinizdən kənara çıxmadan təqdim etmək və bu hesabatların arxivini yaratmaq imkanlarına malik ola bilərsiz.
Hesabatların elektron təqdimatı həm real-vaxt (online) rejmində, həmçinin elektron poçtla həyata keçirilə bilər. Hesabatları elektron poçt rejimində təqdim etmək üçün aşağıdakı işləri yerinə yetirmək lazımdır:
1. Proqram sisteminin əhatəsini öz kompüterinizə yükləyin. Əgər istifadə etdiyiniz sistemdə Visual FoxPro 6.0 varsa, əhatənin yüklənməsinə ehtiyac yoxdur. Bu iş yalnız bir dəfə həyata keçirilir. Müvafiq proqram təminatını yükləmədən əvvəl kompüterə istifadə olunacaq kataloq, təsnifatları yükləmək zəruridir.
|