Statistik hesabatların formaları

DÖVLƏT   STATİSTİKA   HESABATI
Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir

    1-qoruq N-li forma
Müəssisənin adı _________________________   Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18.08.2000-ci il 38/5 N-li qərarı ilə təsdtq edilmişdir
Tabe olduğu nazirliyin adı _________________________   Poçtla-illik
Ünvanı _________________________    
Əsas fəaliyyət növü _________________________    
İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu Müəssisənin identifikasiya (statistik) kodu
0667243  
  Dövlət qoruqları, qoruq-ovçuluq
təsərrüfatları, milli təbiət parkları
yanvarın 25-də təqdim edirlər:
1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə;
2. Özlərinin yuxarı təşkilatlarına

200 ___İL ÜÇÜN
QORUQLAR, QORUQ-OVÇULUQ TƏSƏRRÜFATLARI
VƏ MİLLİ TƏBİƏT PARKLARI ÜZRƏ
H E S A B A T

Sətrin №-siAdı Ölçü vahidiFaktiki
A B S 1
1 Ümumi sahə – cəmi (02+03+04+05) hektar  
2 o cümlədən: meşə örtülü sahə -²-  
3 çəmənlik -²-  
4 su hövzələri altında -²-  
5 sair -²-  
6 Mövcud bitki növləri – cəmi növlərin sayı  
7 o cümlədən nadir bitkilər -²-  
8 Mövcud heyvan növləri – cəmi -²-  
9 o cümlədən: əsasları, nadirləri (sadalamalı) ədəd  
10   -²-  
11   -²-  
12   -²-  
13   -²-  
14 Mövcud quş növləri – cəmi növlərin sayı  
15 o cümlədən: əsasları, nadirləri (sadalamalı) ədəd  
16   -²-  
17   -²-  
18   -²-  
19   -²-  
20 Mövcud balıq növləri – cəmi növlərin sayı  
21 Siyahı üzrə ilin axırına işçilərin sayı – cəmi nəfər  
22 o cümlədən:elmi işçilər -²-  
23 meşə gözətçiləri -²-  
24 Qoruğun, qoruq-ovçuluq təsərrüfatının, milli təbiət parkının saxlanması xərcləri min manat  
25 onlardan: dövlət büdcəsi hesabına -²-  
26 sair mənbələr hesabına -²-  

«______» ___________________200__ il   RƏHBƏR
_________________________________
icraçının soyadı və telefon № - si  



667249 667123
667244 667131
667248 667133
667251 667126
6667250 667132
667245  
667246  
667247  
667242  
667241  
667253  
667125  
667252  
667153  
667153  

Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin 18 avqust
2000-ci il tarixli 38/5 saylı
qərarı ilə təsdiq edilmişdir

1-qoruq saylı “Qoruqlar,qoruq-ovçuluq təsərrüfatları
və milli təbii parklar üzrə hesabat” formasının
doldurulması haqqında

TƏLİMAT

1. 1-qoruq №-li forma üzrə, respublika Nazirlər Kabinetinin qərarı ilə təşkil olunmuş dövlət qoruqları, qoruq-ovçuluq təsərrüfatları, milli təbii parklar idarə tabeliyindən asılı olmayaraq hesabat verirlər.

Hesabat, formada göstərilmiş ünvana yanvar ayının 25-də təqdim olunur.
2. Hesabata daxil olan məlumatlar, ilk uçot materiallarına əsaslandırılmalıdır: torpaq ayrılması sənədlərinə, aktlara, meşə təsərrüfatının təşkili barədə materiallara, heyvanların və bitkilərin uçot kartoçkalarına, işə qəbul olunma barədə əmrlərə (sərəncamlara, cədvəllərə və sairələrə).
3. Hesabat, formada nəzərdə tutulmuş ölçü vahidlərində tərtib olunur. Natura ifadəsindəki göstəricilər üzrə məlumatlar tam ədəd ilə göstərilir: hektar, vahid, dəyər (qiymət) ifadəsində isə min manatla, bir onluq işarəsi ilə.
4. “Təşkil olduğu il” sətrində qoruğun (qoruq-ovçuluq təsərrüfatının, təbii milli parkın) yaradılmasına dair Respublika Nazirlər Kabineti qərarının tarixi və nömrəsi göstərilir. Onun ləğv olunduğu və sonradan bərpa edildiyi hallarda, ilkin təşkil olunma, ləğv edilmə və bərpa edilmə illəri göstərilir.
5. “Qoruğun, qoruq-ovçuluq təsərrüfatının, təbii milli parkın əsas istiqaməti” sətri üzrə fəaliyyətinin əsas istiqaməti (təyinatı) mühafizə olunan landşaft və elmi ixtisas göstərilir.
6. 01-ci sətirdə, təsdiq olunmuş sərhədlərə müvafiq olaraq sahəsi göstərilir. Sərhədlər və sahə dəyişildiyi halda, nəyə əsasən dəyişiklik edilməsinin səbəbi barədə hesabata izahat vərəqəsi əlavə edilir və əmsalı (qərarın, sərəncamın nömrəsi və tarixi) göstərilir.
7. 02-ci sətirdə, ağac və kol-bitki cinsləri ilə tutulmuş faktiki sahə (meşə təsərrüfatı təşkilinin axrıncı materialları üzrə) göstərilir.
8. 03-cü sətirdə, meşə ilə örtülməmiş, təbii əmələ gəlmiş çoxillik otlar ilə tutulmuş sahə (biçənəklər, otlaqlar, örüşlər) göstərilir.
9. 04-cü sətirdə çayların, göllərin, dəniz akvatoriyalarının, su anbarlarının, nohurların, hovuzların sahələri göstərilir.
10. 05-sətirdə aşkara çıxarılmış uca boylu bitkilərin ümumi sayı göstərilir. Onlardan region üçün nadir (aztapılan) növlərin miqdarı (respublikanın Qırmızı kitabına daxil edilmiş) ayrılır.
11. 07 və 14-cü sətirlər üzrə aşkara çıxarılmış vəhşi heyvanların və quşların ümumi sayı göstərilir. Onlardan əsas kateqoriyalara (fon rəngli) və nadir növlərə aid olan vəhşi heyvanların və quşların növlərini adlandırmaq lazımdır (ayrı-ayrı). Nadir növlərə respublikanın Qırmızı kitabına daxil edilmiş növlər aiddirlər. Əsas növlərə isə, ilk növbədə eyni metodika üzrə hər il uçotu aparılan vəhşi heyvanları və quşları aid etmək lazımdır.
12. 20-ci sətir üzrə göllərdə (nohurlarda) qeydə alınmış balıq növlərinin miqdarı göstərilir.
13. 21-ci sətirdə hesabat ilinin axırına qoruqların (qoruq-ovculuq təsərrüfatlarının, təbii milli parkların) siyahı tərkibində olan işçilərinin ümumi sayı göstərilir.
14. Elmi işçilərə (sətir 22) aiddirlər:
Tutduqları vəzifədən və onların işlərinin xarakterindən asılı olmayaraq elmi dərəcəsi, yaxud elmi adı olan şəxslər;
Elmi iş üzrə direktor müavini, elmi katib, elmi tədqiqat şöbəsinin (bölməsinin, sektorunun, laboratoriyasının) müdiri (rəisi), baş elmi işçi, böyük elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrini tutan (onların elmi dərəcəsi, yaxud elmi adının olub-olmamasından asılı olmayaraq) şəxslər;
Müəyyən edilmiş qaydada təstiq olunmuş elmi işlər planı üzrə (tutduqları vəzifədən asılı olmayaraq) sistematik olaraq elmi tədqiqat işi aparan (temaların rəhbərləri və məsul icraçıları, mühəndislər və ali təhsili olan laborantlar, texniklər və başqaları) şəxslər.
Elmi işçilərin sayına daxil edilmirlər:
elmi tədqiqat işi aparan, lakin ali təhsili olmayan texniklər və laborantlar;
elmi-köməkçi işçi heyətinin sırasından, yalnız təcrübəni və eksperimental işləri yerinə yetirmək üçün cəlb olunmuş, lakin təsdiq edilmiş elmi planına uyğun olaraq bilavasitə elmi-tədqiqat işi aparmayan şəxslər;
aspirantlar və stajçı-tədqiqatçılar (əgər onlar elmi-tədqiqat temalarının, temaların bölmələrinin, yaxud mərhələlərinin yerinə yetirilməsi üçün cəlb edilmişlərsə də).
15. Meşə keşikçilərinə və MTİ-rə (sətir 23) aiddirlər: baş meşəbəyiləri, meşəbəyiləri, meşəbəylərinin köməkçiləri, meşə təsərrüfatının mühəndisləri və meşənin keşikçiləri, meşə texnikləri, meşə gözətçiləri, yegerlər (peşəkar ovçular), meşə ustaları.
16. 24-cü sətirdə əmək haqqını və sair məsarifləri daxil etməklə, hesabat ilində qoruqların (qoruq-ovçuluq təsərrüfatlarının, təbii milli parkların saxlanılması üçün sərf edilmiş bütün vəsaitlər, o cümlədən həmin məqsəd üçün dövlət büdcəsindən ayrılmış məbləğ və sair mənbələr hesabına (xüsusi vəsaitlər, təsərrüfat hesablı fəaliyyət vəsaitləri və digər maliyyələşdirmə mənbələri) .

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi