Statistik hesabatların formaları

DÖVLƏT   STATİSTİKA   HESABATI
Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir

    2-TG (toksiki tullantılar) №-li forma
Müəssisənin adı _________________________   Azərbaycan Respüblikası Dövlət Statistika Komitəsinin 18.08.2000-ci il 38/5 №-li qərarı ilə təsdiq edilmişdir
Tabe olduğu nazirliyin adı _________________________   Poçtla-illik
Ünvanı _________________________    
Əsas fəaliyyət növü _________________________    
İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu Müəssisənin identifikasiya (statistik) kodu
0667250  
  I.Toksiki tullantıların əmələ gəldiyi istehsalat birlikləri (kombinatları), müəssisələr, təşkilatlar və idarələr yanvarın 25-də təqdim edirlər:
1. Yerləşdiyi ərazi üzrə statistika orqanına;
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə;
3. Öz yuxarı təşkilatına;
II. Nazirliklər, baş idarələr, birliklər tabeliyində olan müəssisələrin hesabatını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinə fevralın 1-də təqdim edirlər

200__ İLDƏ TOKSİKİ İSTEHSALAT VƏ İSTEHLAK TULLANTILARININ ƏMƏLƏ GƏLMƏSİNƏ VƏ HƏRƏKƏTİNƏ DAİR HESABAT
ton (vergüldən sonra üç rəqəmlə)

Sət-rin №-siToksiki tullantıların siniflərinin və növlərinin adıTullantıların kodu Hesabat dövründə müəssi-sədə yaran-mışdırDigər müəssisələrdən daxil olmuşdur (alınmışdır) Müəssi-sədə istifadə edil-mişdirTama-milə zərər-sizləş-diril-mişdir (məhv edil-mişdir)Digər müəssisələrə (təşkilatlara) və istehlakçılara verilmişdirMüəssisəyə məxsus olan ərazidə yerləşdirilmişdir Hesabat dövrü-nün axırına müəssi-sədə mövcud- dur
Cəmio cümlə-dən digər dövlət-lərdən (idxal üzrə və s.)Cəmio cümlə-dən digər dövlət -lərə (ixrac üzrə və s.) 6-cı sütundan Müvəq-qəti saxlan-maq üçün sənaye (əsas istehsal) meydan-çasında Mütə-şəkkil basdı-rılma yerlə-rində Mütəşəkkil saxlanma yerlə-rində, BMT-sı; 1)Sank-siya verilmiş BMT zibil-liklərində və poli-qonların-da 2) Qeyri-mütə-şəkkil (sank-siyasız) zibil-liklərdə 3)
sanksiya verilmiş zibil-liklərdə (BMT zibil-likləri də daxil edilməklə) basdırıl-maq, yığılmaq və saxlanıl-maq üçün qeyri-mütə-şəkkil (sank-siyasız) zibil-liklərdə yığılmaq üçün Cəmi o cümlə-dən müəyyən edilmiş ekoloji norma-lara cavab verən yerlərdə
A B C 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
1. Bütün dərəcələrdən olan təhlükəli tullantıların həcmi
(1-4 sətirlərin cəmi) o cümlədən aşağıdakı tullantılar:
                                 
2. I-ci dərəcəli təhlükəli tullantılar (olduqca təhlükəli) – Cəmi                                  
  o cümlədən tərkibində:                                  
                                     
                                     
                                     
                                     
                                     
3. 2-ci dərəcəli təhlükəli tullantılar (xüsusilə təhlükəli) – Cəmi                                  
  o cümlədən tərkibində:                                  
                                     
                                     
                                     
                                     
4. 3-cü dərəcəli (təhlükəli) tullantılar - Cəmi                                  
  o cümlədən tərkibində:                                  
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
5 4-cü dərəcəli (az təhlükəli) tullantılar- Cəmi                                  
  o cümlədən tərkibində:                                  
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
Hesabat ilinin əvvəlində müəssisədə olan toksiki tullantıların miqdarı, ton _____________ 1) BMT - bərk məişət tullantıları
2) Bu qrupda ayrı-ayrı sətirlərdə mütləq göstərilir: civə - cəmi, o cümlədən civə lampaları
3) Sahibsiz sahələr də daxil edilməklə

Razılaşdırılmışdır:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Şəhər (rayon) Gigiyena və epidemiologiya mərkəzi

Arayış: Müəssisəyə məxsus olan ərazidə toksiki tullantıların yerləşdiyi yerlərin xarakteristikası

 Cəmi o cümlədən:
mütəşəkkil basdırılma, yığılma və saxlanma (BMT zibillikləri də daxil edilməklə)onlardan mövcud ekoloji normalara cavab verənlər
Toksiki tullantıların yerləşdiyi yerlərin sayı, vahid      
Toksiki tullantıların yerləşdiyi yerlərin sahəsi, hektar      

"_____" ___________200__ il RƏHBƏR
__________________________
icraçının soyadı və telefon №-si

Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin
18 avqust 2000-ci il 38/5 saylı
qərarı ilə təsdiq edilmişdir

2-TG (toksiki tullantılar) saylı «Toksiki istehsal və istehlak tullantılarının
yaranması və dövriyyəsi haqqında hesabat» formasının doldurulmasına dair
TƏLİMAT

1. Ümumi müddəalar

1. Toksiki istehsal və istehlak tullantılarının yaranması və dövriyyəsi haqqında hesabat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 avqust 2000 ci il tarixli 38/5 saylı qərarı ilə təsdiq edilmiş 2-TG (toksiki tullantılar) saylı forma üzrə tərtib edilir. O bütövlükdə hesabat ili üçün tərtib edilir və hesabat verən obyektlər tərəfindən sonrakı ilin yanvar ayının 25-dən gec olmayaraq təqdim olunur.

2. 2-TG (toksiki tullantılar) saylı hesabat forması əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükəli olan toksiki istehlak və istehsal tullantıları yaranan (daxil olan), istifadə edilən, zərərsizləşdirilən (məhf edilən), saxlanan (anbarlara yığılan) və basdırılan sənaye, kənd təsərrüfatı, ticarət, təchizat və satış, nəqliyyat, mənzil-kommunal təsərrüfatı, səhiyyə və əhaliyə məişət xidməti sahələrinin müəssisə, təşkilat və idarələri1) daxil edilməklə, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, onların uyğunlaşdırılmış bölmələri tərəfindən tərtib edilir.
Tullantıları yarandığı (yığıldığı) yerdən onların tabeliyində olmayan daimi saxlanma, anbara yığma, basdırılma, zərərsizləşdirilmə, istifadə və ya məhv edilmə yerlərinə daşınması üzrə tranzit əməliyyatlarını yerinə yetirən nəqliyyat təşkilatları nəzərə alınmır (hesabat tərtib etmir), həmçinin idarəetmə orqanları, mədəniyyət, təhsil və maarif, sosial təminat və maliyyə təşkilatları hesabatı təqdim etmirlər. _______________________________________________________________________
1) Gələcəkdə mətn üzrə «müəssisə» adlandırılacaqdır.

3. Hesabat tərtib edilərkən aşağıdakı əsas anlayışlardan istifadə edilməlidir:
İstehsal tullantıları məhsul istehsalı prosesində və ya istehsal xidmətləri göstərilən zaman yaranmış, çıxış materialının istehlak xüsusiyyətlərini (fiziki və kimyəvi) tam və ya qismən itirmiş xammal, material və yarımfabrikat qalıqlarıdır. Buraya həmçinin fiziki və ya mənəvi cəhətdən aşınma, bina və qurğuların sökülməsi və başqa amillər nəticəsində yararsız vəziyyətə düşmüş və ya siyahıdan silinmiş əsas fondlar, eləcə də materiallar, maşın, avadanlıq və cihaz hissələri və komponentləri aid edilir.
Bundan başqa, təbii resursların hasilatı və ya ətraf mühitdən çıxarılması prosesində onların gərəksiz olaraq qalmış hissəsi, yəni faydalı qazıntıların hasilatı zamanı üstü açılan (yeri dəyişdirilən) süxurlar, ağacların kəsilməsi (meşə məhsullarının tədarükü) zamanı əmələ gələn tullantılar və s. istehsal tullantılarının tərkibinə daxil edilir.
İstehsal tullantıları qazların atmosfer havasına və çirkli suların su hövzələrinə atılmazdan əvvəl texnoloji təmizlənməsi prosesində tutulan məhsulları da ifadə edir. Müəyyən edilmiş tələblərə, dövlət standartlarına və s. uyğun gəlməyən (yəni brak), müəyyən edilmiş qaydada siyahıdan silinən hazır məhsul da tullantıların tərkibinə daxil edilir.
Yanaşı məhsul sayılan və mövcud texnalogiyada (onun layihəsində) əsas hazır məhsulun istehsalı ilə yanaşı istifadə edilməsi nəzərdə tutulan məhsullar, materiallar, yarımfabrikatlar, xammal istehsal tullantılarına aid edilmir. Heyvandarlıq fermalarında peyin, bitkiçilikdə qalıq məhsulları (küləş, bitgi gövdələri, çoxillik bitkilərin yetişməmiş meyvələri və s.) tullantılara aid edilmir.
Qeyd. Əgər müəssisədə xammal və materialların emalının mövcud texnologiyasına əlavə olaraq təkrar material resursları kimi tullantılardan istifadə edilməsi üzrə istehsal təşkil edilmişsə (istifadəyə verilmişsə), yeni istehsalatların (sexlərin, qurğuların) dəyəri tam ödənənədək onlar tullantı hesab ediləcəkdir. Sonra isə tullantılar yanaşı məhsul kimi qəbul ediləcəkdir.
İstehsal (məsələn, yerin altında faydalı qazıntıların hasilatı, xəstəlik nəticəsində malqaranın məhv olması və s. zamanı) və daşınma (boru nəqliyyatında, ağacaxıtmada itki və qəzalar, açıq meydança və platformalardan üfürülmə nəticəsində) zamanı hazır məhsulun (xammalın, materialların, yarımfabrikatların) bir hissəsinin itirilməsi də həmçinin tullantıların tərkibinə daxil edilmir. Bundan başqa, təbii və texniki fəlakətlər nəticəsində əsas və dövriyyə fondlarının (vəsaitinin)itkisi tullantılara aid edilmir.
İstehlak tullantıları qeyri-istehsal istehlakı prosesində fiziki və ya mənəvi aşınma nəticəsində öz istehlak keyfiyyətlərini tam və ya qismən itirmiş və müəyyən edilmiş qaydada siyahıdan silinmiş, yaxud əhali tərəfindən tullanmış əvvəllər istifadədə olan məmulat və materiallar, onların qalıqları və ya hissələridir (tərkib komponentləridir). Düzgün daşınmama, saxlama şəraitinin və ya müddətinin düzgün olmaması və s. nəticəsində yararsız vəziyyətə düşmüş və istehlak xüsusiyyətlərini itirmiş və müəyyən edilmiş qaydada siyahıdan silinmiş hazır məhsullar da buraya daxil edilir.
Toksiki tullantılar tərkibində insanların sağlamlığı və ətraf mühit üçün xüsusi ilə zərərli maddələr və birləşmələr olan istehsal və istehlak tullantılarının bütün növlərini əhatə edir. Qəbul edilmiş standartlara riayət edilməyərək istehsal edilmiş və ya sonradan yararsız vəziyyətə düşmüş və ekalogiya, yaxud sanitariya tələblərinə uyğun gəlmədiyi üçün öz birbaşa təyinatı üzrə istifadə edilməsi mümkün olmayan hazır məhsullar, xammal, yarımfabrikatlar, materiallar, ayrı-ayrı hissələr, komponentlər və s. (məsələn, normalara riayət edilməyərək istehsal edilmiş və ya yararsız vəziyyətə düşmüş, müəyyən edilmiş qaydada siyahıdan silinmiş pestisidlər) toksiki tullantıların tərkibinə daxil edilir.
Sonradan istifadə ediləcək hazır məhsuldan, eləcə də gələcəkdə hazır məhsul almaq məqsədilə istehsal texnalogiyası üzrə sonradan emal edilmək üçün müəyyən olunmuş yarımfabrikatlardan ibarət olan zərərli maddələr (məhsullar, birləşmələr) 2-TG (toksiki tullantılar) №-li hesabat formasında əks etdirilirmir (yanaşı məhsulların və toksiki tullantıların ayrı-ayrılıqda uçota alınması qaydası yuxarıda göstərilmiş ümumi tələblərə uyğun gəlməlidir). Həmçinin çirkab ilə su obyektlərinə və qaz-hava qatışığı ilə atmosfer havasına daxil olan zərərli maddələr burada uçota alınmır. Onlar 2-TG (su təsərrüfatı) №-li «Sudan istifadə edilməsi haqqında hesabat» və 2-TG (hava) №-li «Atmosfer havasının mühafizəsi haqqında hesabat» formalarında əks etdirilir.
Bütün növlərdən olan radioaktiv tullantılar 2-TG (toksiki tullantılar) №-li hesabat formasına daxil edilmir.
4. Toksiki istehsal və istehlak tullantıları təhlükəliliyinə görə dörd dərəcəyə bölünür:
I dərəcə - son dərəcədə təhlükəli;
II dərəcə - yüksək dərəcədə təhlükəli;
III dərəcə - orta dərəcədə təhlükəli;
IV dərəcə - az təhlükəli.
Tullantıların təhlükəlilik dərəcəsini müəyyən etmək üçün «Toksiki sənaye tullantılarının müvəqqəti təsnifatı və sənaye tullantılarının təhlükəlilik dərəcəsinin müəyyənləşdirilməsi üçün metodiki tövsiyyələr»-dən (Moskva, 1987-ci il) və sonralar qəbul olunmuş digər sənədlərdən (adlarını göstərin) istifadə etmək lazımdır.
Toksiki istehsal və istehlak tullantılarının təhlükəlilik dərəcəsi müəssisələrin texnoloji-istehsal laboratoriyalarında, idarə tabeliyində olan elmi-tədqiqat institutlarında, səlahiyyətli təşkilatlarda (icazəsi, lisenziyası və s. olan) ətraf mühitin mühafizəsi üzrə sahə bölmələrinin mütəxəssislərinin, yerli təbiəti mühafizə orqanlarının və sanitariya-epidemiologiya xidmətlərinin işçilərinin iştirakı ilə müəyyənləşdirilir.
5. İstehsal və istehlak tullantıları haqqında məlumatlar hesabatda bu tullantının ümumi çəkisi üzrə (bütün yanaşı məhsullar da daxil edilməklə) tonla, vergüldən sonra üç rəqəm verilməklə göstərilir.
Tullantılar formada göstərilən təhlükəlilik dərəcələrinə və onların tərkibində üstünlük təşkil edən toksiki komponent üzrə konkret növlərə aid edilir.
Əgər tullantıların tərkibinə toksiki tullantıların müxtəlif dərəcələrinə aid edilən iki və daha artıq toksiki komponent daxildirsə, tullantıların bu tipi daha çox təhlükəlilik dərəcəsinə malik olan komponent üzrə müvafiq təhlükəlilik dərəcəsinə aid edilir. Əgər komponentlərin təhlükəlilik dərəcəsi eynidirsə, tullantının növünün adında göstərilən komponentlərdən tullantının tərkibində miqdarı daha çox olan komponent üzrə həmin tullantı müvafiq təhlükəlilik dərəcəsinə aid edilir.
6. Müəssisədə 2-ci əlavəyə daxil edilmiş və hesabat blankında birbaşa qeyd edilmiş toksiki istehsal və istehlak tullantılarından fərqlənən digər növlər vardırsa, boş sətirlərdə hesabat verən müəssisə üçün daha xarakterik olan tullantıların adı göstərilir.
Əgər hesabat blankında sətirlərin sayı çatmazsa, əlavə olaraq lazımi qədər blank doldurulmalıdır.
7. Hesabat onun düzgün tərtib edilməsinə və formada göstərilmiş müddətdə və ünvana göndərilməsinə görə məsuliyyət daşıyan müəssisə rəhbəri tərəfindən imzalanır.
II. hesabatın tərtib edilməsi qaydası

8. 1-ci qrafada, hesabata əlavə edilən tullantıların nomenklaturasına uyğun olaraq, 2-TG (toksiki tullantılar) №-li hesabat formasında əks etdirilməli olan tullantıların tam adı yazılmalıdır.
9. 2-ci qrafada müvafiq il ərzində bilavasitə hesabat verən müəssisədə yaranmış tullantıların miqdarı (müxtəlif məqsədlər üçün kənardan müəssisəyə daxil olmuş tullantılar uçota alınmadan) göstərilir.Tullantıların çıxış kütləsinin emalı, onlardan istifadə edilməsi və s. nəticəsində müəssisədə təkrar toksiki tullantılar yaranarsa, həmin yanaşı tullantılar hesabatın ayrı-ayrı sətirlərində əks etdirilməlidir.
10. 3-cü qrafada emal edilmək, zərərsizləşdirilmək, istifadə edilmək, sonradan məhv edilmək, basdırılmaq, müvəqqəti və daimi olaraq anbarda saxlanmaq və s. məqsədlər üçün başqa müəssisələrdən (kənardan) hesabat verən obyektə daxil olan toksiki tullantılar göstərilir. Abonentlərdən haqq ödənilmək, müqavilə və s. ilə alınmış tullantılar da buraya daxil edilir. Əgər emaledici avadanlıq, qurğu və s. toksiki tullantılardan hazırlanan və ya onlardan istifadə edilməklə buraxılan məhsul hesabına dəyərini ödəmişdirsə, digər obyektlərlə kooperasiya texnoloji əlaqələr əsasında hesabat verən müəssisə üçün xammal və ya yarımfabrikat sayılan materiallar burada əks etdirilmir.
11. 4-cü qrafada istifadə edilmək, emal edilmək, basdırılmaq və s. üçün xarici ölkələrdən (MDB ölkələri də daxil edilməklə) gətirilmiş tullantıların miqdarı göstərilir.
12. 5-ci qrafada hesabat verən müəssisədə əsas və ya yardımçı istehsalda hər hansı bir məhsulun (o cümlədən istilik və elektrik enerjisinin) əldə edilməsi üçün istifadə edilmiş tullantıların miqdarı əks etdirilir. Bu zaman əvvəllər yığılmış, hesabat ili ərzində yaranmış və kənardan daxil olmuş tullantıların emalı da nəzərə alınır.
13. 6-cı qrafada müəssisədə tam zərərsizləşdirilmiş və ya istilikdən, elektrik enerjisindən və s. istifadə edilmədən ixtisaslaşdırılmış qurğularda məhv edilmiş tullantıların miqdarı göstərilir. Tam zərərsizləşdirilmiş tullantıların sonrakı hərəkəti (ləğv edilməsi, anbarlara yığılması, emal edilməsi, kənara satılması və s. ) hesabatda əks etdirilmir.
Əgər istənilən tullantılar qismən zərərsizləşdirilmişsə, bu halda onlar müvafiq olaraq 5-ci (eyni vaxtda faydalı surətdə istifadə edilərsə) və ya 7-16-cı qrafalarda (sonradan kənara göndərilərsə və ya anbarlarda və basdırılma yerlərində yerləşdirilərsə) göstərilir.
14. 7-10-cu qrafalarda ötürülmə formasından asılı olmayaraq (haqqı ödənilməklə, satılmaq nəticəsində, pulsuz, müqavilə əsasında və s.), emal edilmək, istifadə olunmaq, zərərsizləşdirilmək, anbarlara yığılmaq, kənara daşınmaq və s. üçün başqa müəssisələrə ötürülmüş tullantılar əks etdirilir. Bu halda 8-ci qrafada başqa dövlətlərə (o cümlədən MDB ölkələrinə) göndərilmiş tullantıların miqdarı göstərilir. 9 və 10-cu qrafalarda sonradan basdırılmaq, eləcə də müəyyənləşdirilmiş yerlərdə anbara yığılmaq (9-cu qr.) və qeyri-mütəşəkkil saxlanmaq (10-cu qr.) üçün məqsədli qaydada kənara göndərilmiş tullantıların həcmi əks etdirilir.
Əgər tullantıların hərəkətinin son mərhələsi haqqında dəqiq məlumat varsa, yalnız bu halda 9 və 10-cu qrafalar hesabat verən müəssisə tərəfindən doldurula bilər. Tullantılar müxtəlif məqsədlərlə kənara göndərilərsə və ya onları qəbul etmiş təşkilatlarda onlardan istifadə edilməsinin (onların yerləşdirilməsinin) üsulları haqqında məlumat yoxdursa, 9 və 10-cu qrafaların cəmi 7-ci qrafa-ya bərabər olmaya bilər.
15. 11-16-cı qrafalarda tullantılar müəssisəyə məxsus olan və ya onun icarəyə götürdüyü ərazilərdə (16-cı qrafada – bundan başqa, sahibsiz sahələrdə) onların yerləşdirilməsi üsulları (növləri) üzrə əks etdirilir. Bu halda aşağıdakı anlayışlar əldə rəhbər tutulmalıdır:
tullantıların sənaye meydanlarında müvəqqəti saxlanması (11-ci qr.)-tullantılardan istifadə edilənədək, habelə emal edilmək və ya daimi olaraq yerləşdirilmək üçün başqa müəssisələrə göndərilənədək onların müəssisənin ərazisində xüsusi quraşdırılmış yerlərdə yığılıb saxlanması;
tullantıların mütəşəkkil basdırılması yerləri (12-ci qr.)-müəssisənin əsas ərazisində və ya ondan kənarda yerləşən və müəssisəyə məxsus olan, tullantıların basdırılması üçün xüsusi olaraq quraşdırılan qəbiristanlar və poliqonlar. Basdırılühitə düşməsinin qarşısının alınması və bu tullantılardan sonradan istifadə etməyə imkan verilməməsi məqsədi daşıyaraq tullantıların təcrid edilməsi başa düşülür;
tullantıların mütəşəkkil saxlanması (anbara yığılması) yerləri (13-cü və 14-cü qrafalar)-müəssisəyə məxsus olan və onun əsas ərazisindən kənarda yerləşən anbarlar, toplayıçılar və tullantıların saxlanması (anbara yığılması) üçün xüsusi təchiz edilmiş digər yerlər. Göstərilən tullantılardan gələcəkdə müxtəlif ehtiyaclar üçün istifadə edilə bilər;
bərk məişət tullantıları üçün icazə verilmiş zibilliklər və poliqonlar (15-ci qr.)-bərk məişət tullantılarının yerləşdirilməsi üçün müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən təqdim edilən tikinti normaları və qaydalarına uyğun olaraq qurulmamış ərazilər, eləcə də məişət tullantılarının zərərsizləşdirilməsi və basdırılması üçün ixtisaslaşdırılmış poliqonlar. Hesabatda yalnız bərk məişət tullantılarının müəssisəyə məxsus olan (icarəyə götürdüyü ərazilərdə yerləşən) poliqon və zibilliklərdə yerləşdirilməsi üzrə məlumatlar əks etdirilir.
Tullantıların yerləşdirilməsinə icazə verilməyən yerlər (zibilliklər) (16-cı qr.)-tullantıların yerləşdirilməsi üçün müəyyən edilmiş qaydada nəzərdə tutulmayan və (və ya) icazə verilməyən ərazilər. Hesabatda tullantıların hesabat verən müəssisə tərəfindən istər özünə məxsus olan (icarəyə götürdüyü) ərazidə, istərsə də sahibsiz sahələrdə yerləşən zibilliklərə göndərilməsi haqqında məlumatlar əks etdirilir.
Yerləşdirilmək üçün vasitəçi vasitəsi ilə və ya birbaşa kənar müəssisə və təşkilatlara verilən tullantılar 11-16-cı qrafalarda əks etdirilmir (7-10-cu qrafalarda göstərilir).
16. 17-ci qrafada hesabat verən müəssisəyə məxsus olan və ya onun icarəyə götürdüyü ərazidə (o cümlədən sənaye meydançaları, qəbiristanlar, xüsusi poliqonlar, zibilliklər və s.) yerləşən tullantıların hesabat ilinin axırına olan vəziyyətə görə uçota alınmış (hesablanmış, qiymətləndirilmiş) miqdarı göstərilir.
17. Ümumiyyətlə, hesabat formasındakı qrafalar arasında, bir qayda olaraq, aşağıdakı əsas əlaqəyə riayət edilməlidir:

qr.2 + qr.3 – (qr.5 + qr.6) = qr.7 + qr.(11+12+13+14+15+16)

Bu əlaqəyə riayət edilmədikdə hesabata izahat əlavə edilməlidir.
18. Məlumat üçün bölməsində aşağıdakı məlumatlar göstərilir:
hesabat ilinin axırına olan vəziyyətə görə müəssisənin tabeliyində olan, ona məxsus olan (icarəyə götürülən) ərazidə yerləşən qəbiristanların, poliqon-ların, zibilliklərin, anbarların və toksiki tullantıların (o cümlədən bərk məişət tul-lantılarının) mütəşəkkil basdırıldığı, anbarlara yığıldığı və saxlandığı digər yerlərin sayı;
toksiki tullantıların yerləşdirildiyi yuxarıda göstərilən yerlərin ümumi sahəsi.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi