|
Hesabatın tərtib edilməsinə dair göstəriş
5-istehlak (rüblük) statistik hesabat formasını dövlət büdcəsindən maliyyələşdirilən elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin istehlakçıları olan bütün idarə, müəssisə və təşkilatlar tərtib edir və müəyyən olunmuş vaxtda formada göstərilmiş ünvanlara təqdim etməlidirlər.
1-ci sütunda - elektrik və istilik enerjisinin, təbii qazın, suyun istehlakı və rabitə xidmətləri üçün ayrılmış limit min manatla göstərilir.
2-ci sütunda – istehlak olunmuş (istifadə edilmiş) elektrik və istilik enerjisi, təbii qaz və suyun natura ifadəsində miqdarı;
3-cü sütunda – 2-ci sütunda göstərilən miqdarın həcmi min manatla;
4-cü sütunda isə istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri üçün faktiki ödədikləri məbləğ göstərilir.
5-ci sütunda – (israf) edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin min manatla məbləği göstərilir. Burada 5-ci sütün 1-ci və 3-cü sütunların fərqinə bərabər olmalıdır.
5 – istehlak N-li hesabat artan yekunla tərtib edilməlidir.
|