|
Hesabatın doldurulmasına dair göstəriş
14-təkrar xammal (tullantılar) N-li “Təkrar xammalın (tullantıların) yaranması və istifadəsi haqqında hesabat”da
I bölmənin B sütunda müəssisə və təşkilatlarda əmələ gələn, istifadə olunan və göndərilən (satılan) təkrar xammalın(tullantıların) adı, C sütunda müvafiq ölçü vahidi yazılır. Bu bölmənin bütün göstəriciləri tam rəqəmlərlə göstərilir. 1-ci sütunda hesabat dövrünün əvvəlinə həm müəssisənin ərazisində, həm də onun ərazisindən kənara müəssisənin balansında olan, xüsusi ayrılmış saxlanma yerlərində (zabilxanalarda) olan təkrar xammalın həcmi göstərilir.
2-ci sütunda müəssisə və təşkilatlarda əmələ gələn təkrar xammalın miqdarı göstərilir.
3-cü sütunda kənardan alınmış təkrar xammalın miqdarı göstərilir.
4-cü, 5-ci, 6-cı və 7-ci sütunlarda hesabat dövründə faktiki istifadə olunmuş təkrar xammalın miqdarı göstərilir. Təkrar xammalın istifadəsi iqtisadi fəaliyyətin hər hansı sahəsində onun emalı və ya məhsul istehsalı, işlərin görülməsi və ya enerjinin alınması üçün işlədilməsi nəzərdə tutulur.
8-ci sütunda hesabat dövründə fermer təsərrüfatlarına, tədarük təşkilatlarına, əhaliyə və s. satılan təkrar xammalın (tullantıların) faktiki miqdarı göstərilir.
9-cu sütunda ixrac edilmiş təkrar xammalın miqdarı göstərilir.
10-cu sütunda atılmış, məhv edilmiş, yaxud yandırılmış (istilikdən istifadə etməməklə) tullantıların miqdarı göstərilir.
11-ci sütunda hesabat dövrünün axırına həm müəssisənin (təşkilatın) ərazisində, həm də onun kənarında xüsusi ayrılmış saxlama yerlərində (atılmalarda) olan təkrar xammalın (tullantıların) miqdarı göstərilir.
II bölməni bilavasitə təkrar xammaldan istifadə edən müəssisələr doldururlar.
III bölməni təkrar xammal satan müəssisələr doldururlar.
|