|
Hesabatının tərtib edilməsinə dair göstəriş.
11-enerji №-li formanı mülkiyyət növündən asılı olmayaraq elektrik və istilik enerjisindən istifadə edən kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər yarımillik və illik, kiçik sahibkarlıq subyektləri isə ildə bir dəfə ilin yekunu üzrə hesabat dövründən sonrakı ayın 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına təqdim edirlər.
Formanın ünvan hissəsində hesabatı təqdim edən müəssisənin tam adı, ünvanı və əsas fəaliyyət növü göstərilməlidir. Hesabat ilkin istehsal-texniki sənədlərin məlumatları və yanacaq-enerji məsrəfinin mühasibat uçotunun yoxlanılmış məlumatları əsasında tərtib edilir.
Hesabatın 1-ci sətrində məhsulun (görülmüş işlərin) hər növünün və bütövlükdə müəssisə üzrə istilik enerjisinin məsrəfi – Qkal-ilə, elektrik enerjisinin məsrəfi isə min kVt.s- la göstərilir.
Hesabatın 1.1 sətrində əsas fəaliyyət növü üzrə istifadə olunan enerjinin miqdarı göstərilir.
Əsas fəaliyyət növü dedikdə müəssisədə (təşkilatda) istehsalın daha çox hissəsi formalaşan xarakterindən asılı olaraq iqtisadi fəaliyyət növü başa düşülür.
Müəssisə əsas fəaliyyəti ilə yanaşı digər fəaliyyət göstərirsə və ya onun yardımcı fəaliyyəti varsa istehlak olunmuş enerji əsas fəaliyyət növü ilə yanaşı müvafiq fəaliyyət növü sətrində yazılmalıdır. Məsələn, tutaq ki, müəssisənin əsas fəaliyyəti tikintidir və o, bu fəaliyyətlə yanaşı digər inzibatı ərazidə ticarət fəaliyyəti göstərir. Bu halda tikinti fəaliyyət üzrə istehlak müəssisəsi “əsas fəaliyyət” sətrində, ticarət fəaliyyəti “qeyri əsas” və ticarət sətrində göstərilir.
Hesabatın 1-ci sütununda istehlak olunan istilik enerjisinin Q.kal-ilə cəmi miqdarı göstərilir.
Hesabatın 2-ci sütununda istehlak olunan elektrik enerjisinin min.kVt.saatla cəmi miqdarı göstərilir. Bura elektrik şəbəkələrindən alınan (3-cü sütun) və həmçinin müəssisələrin öz istehsalından (generator və s.) əldə edilən (4-cü sütun) elektrik enerjisinin miqdarı daxildir .
Hesabatın 11-ci sətrində əhaliyə verilmiş enerjinin həcmi, 12-ci sətrində isə hesabat dövründə kənar təşkilatlara verilmiş (satılmış) istilik və elektrik enerjisinin ümumi miqdarı göstərilir.
Hesabatın 13-cü sətrində enerji sisteminə məxsus olan istilik və elektrik şəbəkələrində baş verən itkilər göstərilir.
|